Rusiya və Qazaxıstanın bu yağlarında təhlükəli maddələr aşkarlanıb - AQTA açıqladı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Rusiya və Qazaxıstanın bu yağlarında təhlükəli maddələr aşkarlanıb - AQTA açıqladı - QİDA EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycana idxal olunan bəzi yağ məhsullarında insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiriciləri aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı laborator müayinələr zamanı Qazaxıstan və Rusiyanın müxtəlif istehsalçılarına məxsus yağ və marqarin məhsullarında 3-MCPD və qlisidol göstəriciləri üzrə uyğunsuzluqlar müəyyən edilib.

AQTA-nın məlumatına görə, uyğunsuzluq aşkarlanan məhsulların ölkəyə idxalına müvəqqəti məhdudiyyət qoyulub və onların dövriyyəsinin qarşısı alınıb. Bəs söhbət konkret olaraq hansı yağlardan gedir və bu məhsulların insan sağlamlığı üçün hansı riskləri var?

Aşkarlanan məhsullar:

Qazaxıstan istehsalı "Stanichnoe Osoboe" 82,5% qarışıq bitki yağı - 3-MCPD;

Rusiya istehsalı "Tot samıy vkus i aromat" marqarin - qlisidol;

"Maslyona" 82,5% - qlisidol;

"Şedroye leto" 82,5% - həm 3-MCPD, həm qlisidol;

"Rossiyanka Traditsionnoe" 82,5% - qlisidol;

"Maslo Palmovoye" palma yağı - 3-MCPD;

"Oilprime" qarışıq bitki yağı - 3-MCPD.

AQTA həmçinin 13 avqustda müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarında 3-MCPD aşkarlanması ilə bağlı ümumi xəbərdarlıq yayıb.
Rusiya və Qazaxıstanın bu yağlarında təhlükəli maddələr aşkarlanıb - AQTA açıqladı - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, AQTA-nın 25 avqust 2026-cı il tarixli məlumatına görə, söhbət bütün yağlardan deyil, konkret idxal partiyalarından gedir. Onun sözlərinə görə, laborator müayinələr zamanı bəzi yağ və marqarin məhsullarında rafinasiya zamanı yarana bilən 3-MCPD və qlisidol (qlisidil yağ turşusu efirləri) üzrə normaya uyğunsuzluq aşkarlanıb:

"Aşkarlanan məhsullar arasında:

Qazaxıstandan gətirilən "Stanichnoe Osoboe" 82,5%-lik qarışıq bitki yağı - 3-MCPD;

Rusiyanın "Tot samıy vkus i aromat" marqarini - qlisidol;

"Maslyona" 82,5% və "Rossiyanka Traditsionnoe" 82,5% qarışıq bitki tərkibli yağlar - qlisidol;

"Şedroye leto" 82,5% bitki tərkibli yağ - həm 3-MCPD, həm də qlisidol;

Rusiyadan gətirilən "Maslo Palmovoye" palma yağı - 3-MCPD;

"Oilprime" qarışıq bitki yağı - 3-MCPD aşkarlanıb.

Burada vacib məqam odur ki, "palma yağı təhlükəlidir" və ya "bütün bitki yağları zərərlidir" nəticəsi çıxarmaq düzgün deyil. 3-MCPD və qlisidol kimi maddələr əsasən yağların yüksək temperaturda rafinasiya/emal prosesləri zamanı əmələ gələ bilər. Bu səbəbdən AQTA müxtəlif bitki və palma yağlarında həmin göstəricilərə nəzarət edir. Hətta günəbaxan, qarğıdalı, zeytun, kokos, palma və digər bitki yağlarında, həmçinin balıq yağlarında belə emal çirkləndiricilərinin yaranması mümkündür.

Bu maddələrin uzunmüddətli və yüksək miqdarda qəbulu sağlamlıq baxımından arzuolunmaz hesab olunur. Xüsusilə qlisidil yağ turşusu efirləri genotoksik və kanserogen potensiala malik maddələrlə əlaqələndirilir. Buna görə məsələ yağın hansı bitkidən alınmasından çox, emal texnologiyası və son məhsuldakı çirkləndiricinin miqdarı ilə bağlıdır.

AQTA bildirir ki, uyğunsuzluq aşkarlanan konkret partiyaların dövriyyəsinin qarşısı alınıb və həmin istehsalçıların məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Yəni istehlakçı üçün əsas mesaj budur: palma yağı, bitki yağı və ya marqarinin adından avtomatik olaraq "təhlükəli" nəticəsi çıxarmaq olmaz; əsas məsələ məhsulun təhlükəsizlik göstəricilərinə, istehsalçıya və normativ tələblərə uyğunluğudur.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1087   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu

14:34 266
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 222
.

Güllü Muradovanın həyat yoldaşı həbs edildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

10:36 297
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 208
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 231
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 213
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 213
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 168
.