Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda universitetlərdə təhsil haqlarının artırılması məsələsi yenidən gündəmə gəlib. 2026/2027-ci tədris ili üzrə bir sıra ali təhsil müəssisələrində ayrı-ayrı ixtisasların illik ödənişləri əvvəlki illə müqayisədə yüksəlib. Xüsusilə bəzi dövlət və özəl universitetlərdə artımlar diqqət çəkir. Məsələn, II qrup üzrə bir sıra ixtisaslarda təhsil haqları 2025-ci illə müqayisədə 100-500 manat arasında bahalaşıb.
Təhsil haqlarının artması isə tələbələr və valideynlər qarşısında mühüm sual yaradır: universitetlərdə təhsil niyə ildən-ilə bahalaşır və gələcəkdə tələbələri daha yüksək ödənişlər gözləyə bilərmi? Bu artımlar universitetlərin xərcləri, təhsilin keyfiyyəti və əmək bazarının tələbləri ilə nə dərəcədə bağlıdır?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, universitetlərdə təhsil haqlarının artması bir tərəfdən ali təhsilin maliyyələşdirilməsi, müəllim və inzibati heyətin əməkhaqları, infrastruktur və digər xərclərin yüksəlməsi ilə izah olunur: "Amma məsələni yalnız universitetlərin xərclərinin artması ilə bağlamaq düzgün olmaz. Burada tələbələrin və ailələrin ödəmə qabiliyyəti də nəzərə alınmalıdır. Məncə, qarşıdakı illərdə tələbələri daha bahalı təhsil gözləməsinin əsas səbəblərindən biri ali təhsilin getdikcə daha çox xərc tələb edən bir xidmətə çevrilməsidir. Universitetlər daha müasir laboratoriyalar, texnologiyalar, beynəlxalq proqramlar və əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar yaratmaq istəyirlər. Bunların hamısının maliyyə yükü isə müəyyən formada təhsil haqqına yansıya bilər.
Digər tərəfdən, universitetlər arasında keyfiyyət və rəqabət artdıqca, prestijli ixtisasların və universitetlərin qiymətinin yüksəlməsi də mümkündür. Lakin burada çox mühüm bir məsələ var: təhsil haqqının artması ilə təhsilin keyfiyyətinin artması paralel getməlidir. Tələbə daha çox pul ödəyirsə, bunun qarşılığında daha yaxşı müəllim, daha müasir tədris, praktik imkanlar və məzun olduqdan sonra daha yaxşı karyera perspektivi görməlidir.
Əks halda, sadəcə təhsil haqqını artırmaq ali təhsili əlçatanlıq baxımından daha ciddi problemə çevirə bilər. Xüsusilə orta və aşağı gəlirli ailələr üçün övladının universitetdə oxutdurulması getdikcə daha ağır maliyyə yükünə çevrilə bilər. Mən hesab edirəm ki, qarşıdakı dövrdə əsas müzakirə "təhsil haqqı nə qədər olacaq?" sualından çox, "tələbə ödədiyi pulun müqabilində nə əldə edəcək?" sualı ətrafında aparılmalıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1008 Tarix: 28 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 228 İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunu
14:34 266 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 222 Güllü Muradovanın həyat yoldaşı həbs edildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
10:36 297 Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 208 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
14:48 231 Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 213 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 213 Zəfərin ildönümünə 2 gün qaldı - Video
İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:
14:16 168