Tramp: "ABŞ və Venesuela tarixin ən böyük neft razılaşmasını əldə etdi"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqton və Venesuela arasında dünya tarixindəki ən irimiqyaslı neft müqaviləsinin imzalandığını bəyan edib.
Oxu.Az xəbər verir ki, Tramp "Truth Social" platformasında etdiyi paylaşımda vurğulayıb:
"Amerika Birləşmiş Ştatları qısa müddət əvvəl Venesuela dövləti ilə dünya tarixindəki ən böyük neft razılaşmasını əldə etdi".
Dövlət başçısının sözlərinə əsasən, Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Venesuelanın keçid dövrü prezidenti Delsi Rodriges və özəl sektorun ortaq səyləri nəticəsində "amerikalı vergiödəyicilərin heç bir vəsaiti xərclənmədən" 65 milyard bareldən çox təsdiqlənmiş Venesuela neft ehtiyatı ABŞ-nin tam nəzarətinə keçib.
"Bu tarixi müqavilə ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmaqla yanaşı, tədarük həcmini ciddi şəkildə yüksəldəcək və bütün amerikalılar üçün uzun illər boyu benzin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olacaq. Bununla yanaşı, atılan bu addım Venesuelanın böyük inkişaf və tərəqqi yolunda irəliləməsinə dəstək verəcək", - deyə vurğulayan ABŞ rəhbəri əlavə edib ki, razılaşma iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək.
Daha sonra ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib ki, Venesuelanın ABŞ ilə neft müqaviləsi bu Cənubi Amerika ölkəsinin əhalisinə təxminən 100 milyard dollar qazandıracaq.
Onun sözlərinə görə, razılaşma ABŞ-nin neft ehtiyatlarını ikiqat artırmasına, bazara çıxarılan neft təklifini çoxaltmasına və uzunmüddətli perspektivdə amerikalılar üçün benzinin qiymətini ucuzlaşdırmağa şərait yaradacaq.
Rubio əlavə edib ki, saziş həm amerikalılar, həm də venesuelalılar üçün "nəhəng qələbə" hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 29 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
10:09 204 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 180 Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl
11:05 163 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 207 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 115 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 206 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 160 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 167 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 198