Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?
Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda fərdi hesabında minimum əmək pensiyasından az olmayan məbləğdə təminat almağa imkan verən pensiya kapitalına malikdirsə, sığorta stajının müddətindən asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ əldə edə bilər.
Bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, şəxsin fərdi hesabında əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı olmadıqda, ən azı 25 il sığorta stajının olması əmək pensiyası hüququnun yaranması üçün alternativ şərtdir.
"2026-cı il iyulun 1-dən etibarən Azərbaycanda həm kişilər, həm də qadınlar üçün yaşa görə əmək pensiyası üzrə pensiya yaşı 65 müəyyən edilib.
Hazırda minimum əmək pensiyasının məbləği 320 manatdır. Pensiyanın hesablanmasında 144 aylıq gözlənilən ödəniş müddəti nəzərə alındığından, mövcud göstəricilər əsasında minimum əmək pensiyası məbləğini təmin edən pensiya kapitalı 46 080 manat təşkil edir (320 × 144).
Lakin 46 080 manat vətəndaşın ayrıca ödəməli olduğu və ya bank hesabında saxlanılan pul vəsaiti kimi başa düşülməməlidir. Söhbət şəxsin fərdi hesabında qeydə alınan pensiya kapitalından gedir. Bu kapital əmək pensiyası hüququnun müəyyənləşdirilməsi və pensiyanın məbləğinin hesablanması zamanı qanunvericilikdə müəyyən edilmiş qaydada nəzərə alınır", - deyə ekspert bildirib.
Rəsmiyyə Sabirin sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar nəzərə alınmaqla, şəxsin fərdi hesabında minimum əmək pensiyasını təmin etməyə imkan verən pensiya kapitalı və ən azı 25 il sığorta stajı olmadıqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.
"Bu isə şəxsin fərdi hesabında əvvəllər formalaşmış pensiya kapitalının avtomatik olaraq itirilməsi demək deyil. Pensiya kapitalı fərdi hesabda qeydə alınan göstəricidir və bank hesabındakı vəsait kimi nağd şəkildə şəxsə geri qaytarılmır. Şəxs sonrakı dövrdə əmək pensiyası hüququ qazandıqda, fərdi hesabında qeydə alınmış pensiya kapitalı pensiyanın hesablanması zamanı nəzərə alınır", - deyə professor vurğulayıb.
Ekspert əlavə edib ki, pensiya kapitalı sonrakı dövrlərdə ödənilən məcburi dövlət sosial sığorta haqları hesabına arta, həmçinin qanunvericilikdə nəzərdə tutulan qaydada indeksləşdirilə bilər. Yaşa görə əmək pensiyası təyin edildikdə isə fərdi hesabda qeydə alınmış pensiya kapitalından pensiyanın hesablanması zamanı istifadə olunur.
Rəsmiyyə Sabir bildirib ki, əmək pensiyası hüququ olmayan şəxslər üçün də sosial təminat mexanizmi mövcuddur. Belə şəxslər yaşa görə sosial müavinət almaq hüququ əldə edə bilərlər.
2026-cı ildə yaşa görə sosial müavinətin məbləği 220 manat təşkil edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 791 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
10:09 204 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 180 Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl
11:05 163 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 207 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 115 Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır
1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs
11:24 206 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 160 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 167 Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi
ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib
10:50 198