Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBA

Azərbaycanlılar daha iki hərf öyrənməli olacaqlar - Yeni ƏLİFBAÖzbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur.

Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?

Globalinfo.az-a danışan türkoloq Əkbər Qoşalı deyib ki, "ortaq türk dili" ilə "ortaq türkcə - ortaq ünsiyyət dili" eyni hadisə deyil:

"Türk millətlərinin öz milli ədəbi yaxud dövlət dilindən əl çəkib süni şəkildə yeni bir "vahid dil" yaratmasının tərəfdarı deyiləm. Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək, qazax, qırğız, türkmən və digər türkcələr bizim ortaq mədəniyyət ağacımızın canlı, yaşıl budaqlarıdır. Budaqları kəsib ağacı "birləşdirmək" olarmı? Ağac onsuz da kökündə birdir.

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması çox gözəl, anlamlı bir örnəkdir. Bu, yüzillər boyu siyasi sərhədlər, fərqli əlifbalar və vasitəçi dillər səbəbindən müəyyən qədər bir-birindən uzaq düşmüş qardaş dillərin yenidən təbii ünsiyyət mühitinə qayıtmasının əlamətidir. Biz bir-birindən uzaqlaşmış, ancaq kökü, təməl söz varlığı, qrammatik quruluşu, düşüncə və ifadə məntiqi böyük ölçüdə qohum olan dillərdə danışırıq.

Bax, elə ona görə, mən ortaq türkcəni hansısa institutun kabinetlərində hazırlanıb, bizlərə təqdim ediləcək süni dil kimi təsəvvür etmirəm. Ortaq türkcə zamanla, canlı təmasların içindən doğmalıdır. Dövlət başçıları, diplomatlar, alimlər, yazarlar, jurnalistlər, tələbələr bir-birini daha çox dinlədikcə; filmlərimiz çevrilmədən yayımlandıqca; kitablarımız qarşılıqlı oxunduqca; ortaq televiziya və rəqəmsal media məkanı genişləndikcə təbii bir qarşılıqlı anlaşma leksikonu yaranacaq.

Yəni ortaq türkcəni yalnız dilçilər yaratmayacaq - həyat, əməli çalışma və məqsədyönlü gedişat özü yaradacaq".

Ekspertin sözlərinə görə, burada Ortaq Türk Əlifbasının önəmi də böyükdür:

"Artıq 34 hərfdən ibarət ortaq əlifba modeli üzərində razılıq əldə olunub və onun praktik tətbiqi yönündə iş gedir. Ortaq əlifbanı ortaq dilin özündən irəli, ortaq oxunun açarı saymaq doğrudur. Bir-birimizin yazdığını rahat oxumağa başladıqda bir-birimizin danışığını anlamağımız da sürətlənəcək.

Bunun üçün orta məktəblərdən universitetlərə, akademiyalara qədər türk dillərinin qarşılıqlı öyrədilməsi, ortaq terminoloji sözlüklərin hazırlanması, televiziya və rəqəmsal platformlarda altyazılı yayımların artırılması, tələbə-müəllim mübadiləsi, ortaq ədəbiyyat antologiyaları və media layihələri çox önəmlidir".

Ə.Qoşalı deyib ki, ortaq türkcə zəngin türk dillərindən hansınınsa o birilərinə üstün gəlməsi demək olmamalıdır:

"Məsələ "hamı filan türkcədə danışsın" şəklində qoyularsa, təbii dil yaxınlaşmasının yerinə süni rəqabət yarana bilər. Bizim gücümüz birrənglikdə deyil, bir kökdən gələn çoxrənglilikdədir. Ən azı Orxon-Yeniseydən bəri gələn böyük dil yaddaşımız bizə bunu öyrətmirmi?

İndi Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, universitetlər, media, ədəbiyyat və getdikcə artan insani təmaslar həmin məsafələri yenidən qısaldır. Ortaq Türk Əlifbası üzrə görülən işlərin məqsədlərindən biri də qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməkdir.

Ona görə "bir-birimizi vasitəçisiz anlamaq üçün nə etməliyik?" sualını daha doğru görməkdə haqlıyıq. Azərbaycanlı özbək qardaşını, özbək qazaxı, qazax saxalını, qırğız qıprıslını, türkmən tatarı öz doğma dilində anlayırsa, bundan gözəl ortaq türkcə modeli nə ola bilər? Mənim arzuladığım mənzərə bax, budur.

Biz dillərimizi bir dilə çevirməkdənsə, dillərimizi bir-birinə çevirmədən anlamağı öyrənməklə daha xeyirli iş görmüş olarıq. Gələcəyin ortaq türkcəsinin ən gözəl fəlsəfəsi, kulturolojisi də elə budur. Asif Ata üslubunca desək, bir dil yaratmaq yox - bir-birimizi anlamaq! Dilləri azaltmaq yox - aradakı məsafəni azaltmaq! Eyniləşmək yox - doğmalaşmaq! Türk dünyasının dil birliyi də bax, belə doğmalaşmanın içindən gələcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 996   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 204
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 180
.

Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur

Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl

11:05 163
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 207
.

Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca

16:22 115
.

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhiriyyəti quruldu. Dövlət rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələs

11:24 206
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 160
.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

15:36 167
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 198
.