Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?

Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, ilk baxışda cavab sadə görünür: kirayə ödəyən şəxs sonda ev sahibi olmur, ipoteka ödəyən isə müəyyən müddətdən sonra daşınmaz əmlaka sahib olur. Lakin 2026-cı ilin bazar şərtlərində bu yanaşma artıq təkbaşına kifayət etmir:

"Çünki vətəndaşın qarşısında yalnız aylıq ödəniş məsələsi dayanmır. İlkin ödəniş, kredit faizi, sığorta, təmir xərcləri, mənzilin bazar qiyməti, kirayə haqqının dinamikası, gəlirin sabitliyi və həmin əmlakın gələcək likvidliyi də nəzərə alınmalıdır.

Kirayə insana çeviklik verir, ipoteka isə mülkiyyət yaratmaq imkanı verir.

Əgər insanın sabit gəliri, kifayət qədər ilkin ödənişi və uzunmüddətli yaşayış planı varsa, ipoteka daha məntiqli seçim ola bilər. Amma gəlir qeyri-sabitdirsə, ilkin ödəniş üçün bütün yığım xərclənəcəksə və aylıq kredit ödənişi ailə büdcəsinə ciddi yük yaradacaqsa, kirayədə qalmaq daha sağlam maliyyə qərarı ola bilər.

Burada bir məqam da nəzərə alınmalıdır: ipoteka ödənişinin hamısı borcalanın kapitalına çevrilmir. Ödənişin müəyyən hissəsi əsas borcun azalmasına, digər hissəsi isə kredit faizlərinin ödənilməsinə yönəlir. Buna görə "hər ay ödədiyim pul evə yatır" yanaşması da tam doğru deyil.

Əslində, ipoteka qərarında ən böyük risk mənzilin qiymətinin azalması deyil. Əsas risk ailənin gəlirinin kredit ödənişini qarşılaya bilməməsidir. İpoteka uzunmüddətli maliyyə öhdəliyidir. İş yerinin itirilməsi, gəlirin azalması, ailə xərclərinin artması və ya gözlənilməz böyük xərc kredit ödənişini ciddi problemə çevirə bilər.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, aylıq ipoteka ödənişi borcalanın məcmu aylıq gəlirinin 70 faizini keçməməlidir. Lakin vətəndaş bunu "gəlirimin 70 faizinə qədər kredit götürə bilərəm və bu mənim üçün rahat olacaq" kimi başa düşməməlidir.

Çünki bankın müəyyən etdiyi yuxarı hədd ilə şəxsin real maliyyə imkanları eyni anlayış deyil. Ailə büdcəsində ərzaq, kommunal xidmətlər, nəqliyyat, səhiyyə, təhsil, digər kreditlər və gözlənilməz xərclər də nəzərə alınmalıdır. Buna görə ipoteka ödənişinin ailənin aylıq gəlirində mümkün qədər daha aşağı paya sahib olması maliyyə baxımından daha təhlükəsiz yanaşmadır.

Nəticə etibarilə, "kirayəyə verdiyim pulla öz evimi alım" fikri hər kəs üçün avtomatik olaraq sərfəli seçim deyil. Doğru qərar insanın gəlirinə, ilkin kapitalına, ailə büdcəsinə, yaşayış planına və mənzil bazarındakı şərtlərə əsaslanaraq verilməlidir. Kirayə ödəmək mütləq şəkildə pul itirmək, ipoteka ödəmək isə avtomatik olaraq sərvət toplamaq demək deyil. Əsas məsələ uzunmüddətli maliyyə yükünün real imkanlarla nə qədər uyğunlaşmasıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar

Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş

05.11.2026 187
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

05.11.2026 357
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

05.11.2026 258
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.