Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır

Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranırQaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BiG.AZ-a şikayət ediblər.

Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır.

Sakinlər bildirirlər ki, küçələrin qaranlıq olması səbəbindən axşam saatlarında küçədə hərəkət etmək çətinləşir. Xüsusilə avtomobillərin və piyadaların hərəkəti zamanı görünüş məsafəsinin azalması qəza təhlükəsi yarada bilər.

Onların sözlərinə görə, problemin uzun müddətdir davam etməsi narahatlıq doğurur və küçə işıqlarının bərpası üçün aidiyyəti qurumların müdaxiləsi vacibdir.

Məsələ ilə bağlı BiG.AZ olaraq Qaradağ Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

BiG.AZ olaraq məsələni diqqətdə saxlayırıq. Qaradağ Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 128   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Biz artıq ümid edək ki, növbəti illər üçün bunun daha yaxşı nəticələrini görəcəyik" - MƏZAHİR MƏMMƏDLİ

Bugün ADA Universitetində şagirdlərin bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini əks etdirən PİSA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycanın təhsil sahəsində əldə etdiyi nəticələr, şagirdləri

11:35 179
.

Nuranın oğlu Avropada təhsil alacaq

Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin

11:24 226
.

Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"

10:28 317
.

NATO Baş katibi Aİ-nin Ukrayna üçün "Patriot" sistemləri ilə bağlı qərarını alqışlayıb

NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün mühüm məhsullar almasına imkan verən istisna ilə bağlı razılığa gəlməsini alqışlayıb. APA xəbər verir ki, Mark Rütte bu barədə "X" hesabında bildirib

08.09.2026 253
.

"PİSA göstəricilərində müsbət yerlərə gəlmək üçün ciddi addımlar atırıq" - İLKİN MƏHƏRRƏMOV

PISA 2025 Azərbaycanın təhsil göstəricilərində yeni mənzərə ortaya qoydu. 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Azərbaycan hər üç əsas istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında yer aldı. Bu nəticələr təkcə rəqəmlərin dəyişməsi deyil, həm də ölkənin təhsil sitemində aparılan islahatları

17:08 56
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

14:49 229
.

Britaniyadan Ukraynaya 130 milyon hərbi yardım - HHM sistemləri verilir

Böyük Britaniya hökuməti yaxınlaşan qış mövsümü ərəfəsində Ukraynaya 100 milyon funt sterling (təxminən 130 milyon dollar) dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin və nazir Ues Stritinqin (Wes Streeting) sentyabrın 8-də yaydığı rəsmi bəyanatd

08.09.2026 243
.

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar

15:38 137
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

17:18 29
.