"Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?
Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Dilruba Həsənova ətir seçiminin insanın xarakteri ilə əlaqəsinə toxunaraq, üstünlük verilən qoxuların insanın emosional vəziyyəti və özünüifadə tərzi haqqında müəyyən mesajlar verə biləcəyini bildirib:
"İnsan bəzən özünü sözlərlə deyil, seçdikləri ilə ifadə edir. Ətir də bunlardan biridir. Seçdiyimiz qoxu sadəcə xoşumuza gələn bir qoxu deyil; bəzən hansı hissi yaşamaq, hansı təəssüratı yaratmaq və özümüzü necə hiss etmək istədiyimiz haqqında ipucu verir.
Təbii ki, insanın seçdiyi ətir onun xarakterini tam müəyyən etmir. Amma onun emosional dünyası, zövqü və özünüifadə forması haqqında müəyyən siqnallar verə bilər. Kimsə ağır və dərin, digəri isə yüngül və təmiz qoxulara üstünlük verir. Burada əsas məsələ qoxunun özündən çox, insanın həmin qoxuda nə tapmasıdır.
Çünki bəzən seçdiyimiz ətir olduğumuz insanı deyil, olmaq istədiyimiz insanı ifadə edir. İnsan daha güclü və diqqətçəkən görünmək üçün dominant bir qoxu seçə, yaxud özünü daha rahat və təhlükəsiz hiss etmək üçün tanış bir qoxuya yönələ bilər. Deməli, ətir təkcə ətrafdakılara verilən mesaj deyil, insanın özünə verdiyi mesaj da ola bilər.
Bu baxımdan ətir seçiminin arxasında başqa bir sual da dayanır:
"Mən necə görünmək istəyirəm?"dən daha çox, "Mən özümü necə hiss etmək istəyirəm?"
Psixoterapevtin sözlərinə görə, qoxunun başqa bir maraqlı tərəfi isə onun yaddaşla əlaqəsidir:
"Bəzən bir qoxu bizi illər əvvələ qaytarır. Məsələn, uşaqlıqda çox yaxın olduğumuz bir insanın istifadə etdiyi ətiri illər sonra hiss etdikdə, həmin insan və onunla bağlı emosiyalar bir anda canlana bilər.
Bunun səbəbi qoxunun emosional yaddaşla sıx əlaqəli olmasıdır. Beyin qoxunu sadəcə informasiya kimi deyil, onunla birlikdə yaşadığımız emosiyalarla əlaqələndirir. Ona görə də bəzən qoxu bir xatirəni xatırlatmır - həmin hissi yenidən yaşadır"
D.Həsənova bildirib ki, ətirə marağın artmasını yalnız dəblə izah etmək kifayət deyil. Ətir artıq sadəcə gözəl qoxmaq vasitəsi deyil. O, insanın özünü təqdim etməsinin, fərqləndirməsinin və müəyyən emosional vəziyyət yaratmasının bir formasıdır:
"Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır. İnsan özündə dəyişən nəyisə xaricə də yansıtmaq istəyir və ətir bunun ən incə vasitələrindən birinə çevrilir.
Ona görə düşünürəm ki, ətirə marağın arxasında həm də psixoloji ehtiyac dayanır: özünü ifadə etmək, yadda qalmaq, müəyyən hiss yaratmaq və bəzən də özünü özünə daha yaxın hiss etmək.
Həyatı müşahidə edəndə görürük ki, bəzən biz ətri seçmirik - ətir bizdə bir hissi seçir.
Çünki bir qoxunu illərlə unuda bilərik, amma onunla əlaqələndirdiyimiz emosiyanı yaddaşımız çox daha uzun müddət daşıya bilər".
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 852 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşiPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
05.11.2026 238 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Fransada yeni iğtişaş hazırlığı: Ölkə boyunca insanlar ayağa qalxırlar
Fransada bütün ölkə boyunca yeni tətil dalğasına hazırlıq görülür. -ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. Qeyd olunur ki, həmkarlar ittifaqlarının ümumxalq tətilinə çağırışı ilə yüz minlərlə insan küçələrə çıxa bilər. "Bütün Fransada yüz minlərlə insanın nümayiş
05.11.2026 187 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
05.11.2026 357 Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
05.11.2026 237 İlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
05.11.2026 258 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256