Şəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb.
Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu "Zipline" əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, "Zipline" qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
09.09.2026 207 Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 291 "FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
09.09.2026 386 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs
09.09.2026 215 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
09.09.2026 219 Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər
"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar
09.09.2026 264 Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
09.09.2026 245 Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi
Təkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. "Onun bu məktəbə gəlməsi narahatlıq yaradır". Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı
09.09.2026 283 Cəriməni ödəməməyin BƏDƏLİ: Sürücülər bu cəzaya da məruz qala bilər
"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın icra olunmaması İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinə əsasən məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, inzibati cərim
09.09.2026 201