Prezident Qaradağda açılışda - Fotolar

Prezident Qaradağda açılışda - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabriora Group" MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

"Fabriora Group" MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.

Prezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçrədə su elektrik stansiyasında partlayış - yaralılar var

İsveçrənin cənubunda, Piotta şəhərində yerləşən Ritom su elektrik stansiyasında partlayış baş verib. Bu barədə "20 Minuten" nəşri məlumat yayıb. Partlayış çərşənbə günü səhər saatlarında baş verib. Polis nümayəndəsinin sözlərinə görə, iki nəfər ağır xəsarət alıb, obyektin bir hissəsinə ziya

09.09.2026 217
.

Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video

Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel

12:57 0
.

Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi

Təkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. "Onun bu məktəbə gəlməsi narahatlıq yaradır". Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı

09.09.2026 304
.

Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU

"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -

09.09.2026 250
.

Qızılca və məxmərəyə bənzəyən "altıncı xəstəlik" adlı virus nədir? (VİDEO)

Əvvəlcə hərarət qalxır, sonra isə səpgilər başlayır. Qaynarinfo xəbər verir ki, ilk baxışdan qızılcaya bənzəsə də, son günlər azyaşlılar arasında hərarət və səpgi ilə müşahidə edilən "altıncı aəstəlik" adlı virus infeksiyası yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edəən valideynlərdə

11:15 120
.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

09.09.2026 259
.

"Molla rejimi Azərbaycan dövlətini özünə rəqib görür və bu istiqamətdə daim anti-Azərbaycan kampaniyası aparır" - RASİM QULİYEV

"İranda molla rejimi daim orada yaşayan, böyük bir hissəsini Azərbaycan əsilli türklərin təşkil etdiyi əhalinin Azərbaycan dövlətinə olan rəğbətindən narahatlıq keçirir. Hazırkı İran rejimi Azərbaycanın güclənməsindən, qüdrətlənməsindən və İranda yaşayan Azərbaycan əsilli türklərin Azərbaycana rəğbətini

09.09.2026 261
.

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar

09.09.2026 268
.

Vuçiç parlamenti buraxdı - Növbədənkənar seçkilər olacaq

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin parlamenti - Xalq Skupşinasının buraxılması ilə bağlı Fərman imzalayıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, ölkədə növbədənkənar parlament seçkiləri oktyabrın 25-nə təyin edilib. Xalqa müraciət edən Vuçiçin sözlərinə görə, ölkədək

09.09.2026 206
.