Ərzaqlar niyə əvvəlkindən daha tez xarab olur? - Mütəxəssisdən AÇIQLAMA
"Ərzaqların əvvəlkindən daha tez xarab olması ilə bağlı müşahidələr həqiqətən geniş yayılıb. Lakin bunu ümumi şəkildə "qidaların keyfiyyəti pisləşib" kimi izah etmək düzgün olmaz. Burada bir neçə amil rol oynaya bilər".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, əvvəla, məhsulun saxlanma müddəti onun nə qədər təzə yığılmasından, necə daşınmasından və hansı şəraitdə saxlanılmasından çox asılıdır. Məsələn, tərəvəz mağazaya çatana qədər isti şəraitdə qalıbsa, soyuq zəncir pozulubsa və ya məhsul uzun müddət anbarda saxlanılıbsa, evdə soyuducuya yerləşdirildikdən sonra onun istifadə müddəti təbii olaraq qısa olacaq:
"Xüsusilə meyvə və tərəvəzlərin saxlanmasında temperatur və rütubət mühüm rol oynayır. Soğan və kartof isə soyuducuda uzun müddət saxlanması üçün ideal məhsullar deyil. Onları qaranlıq, quru, sərin və yaxşı havalandırılan yerdə saxlamaq daha uyğundur. Soyuducuda rütubətin yüksək olması onların cücərməsinə, yumşalmasına və kiflənməsinə səbəb ola bilər.
Digər tərəfdən, ət, toyuq, balıq, süd məhsulları və hazır qidaların tez xarab olmasında temperaturun böyük əhəmiyyəti var. Soyuducunun temperaturu kifayət qədər aşağı deyilsə, qapının tez-tez açılması, məhsulların isti halda soyuducuya yerləşdirilməsi və ya soyuducunun həddindən artıq doldurulması daxili temperaturun yüksəlməsinə səbəb ola bilər. Belə hallarda məhsulun üzərində göstərilən son istifadə tarixi onun real təhlükəsiz saxlanma müddətinə zəmanət vermir.
Digər bir məqam isə bəzi məhsulların daha az emal olunması və ya konservantlardan istifadə edilmədən satılmasıdır. Bu, avtomatik olaraq onların keyfiyyətsiz və ya zərərli olması demək deyil. Əksinə, belə məhsullar daha tez xarab ola bilər. Məsələn, təbii, yuyulmuş, doğranmış və hazır şəkildə satılan məhsulların mikrobioloji davamlılığı fərqli olur.
Həmçinin məhsulun evə gətirildikdən sonra necə saxlanması da çox vacibdir. Marketdən alınan soyudulmalı məhsulların uzun müddət isti avtomobildə və ya otaq temperaturunda qalması, çiy ət və tərəvəzlərin eyni torbada daşınması, məhsulların yuyulduqdan sonra yaş halda saxlanılması da xarab olma prosesini sürətləndirə bilər.
Yəni məsələni yalnız "indiki qidaların keyfiyyəti əvvəlkindən pisdir" fikri ilə izah etmək olmaz. İstehsal, daşınma, satış şəraiti, temperatur, rütubət, məhsulun təzəliyi və evdə saxlanma qaydaları birlikdə nəticəni müəyyən edir. Ərzağın bir gün ərzində xarab olması isə xüsusilə tez xarab olan məhsullarda saxlanma temperaturunun və ya məhsulun alınmazdan əvvəl məruz qaldığı temperatur şəraitinin araşdırılmasını tələb edir.
Sağlam qidalanaraq sağlam yaşayın!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 106 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru
Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını
14:28 114 NATO müttəfiqləri Rusiyanın sualtı kabellərə qarşı mümkün sabotaj planının qarşısını alıb
Bu ilin yazında Arktikanın Svalbard arxipelaqı yaxınlığındakı sularda NATO müttəfiqləri Rusiyanın kritik sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli əməliyyatının qarşısını alıb. Reuters-in iki Qərb rəsmisinə istinadən verdiyi məlumata görə, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəs
10:57 215 Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli
09.09.2026 344 Neftin qiyməti 200 dollara çata bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Neftin qiymətinin yenidən 100 dollar həddini keçməsi dünya enerji bazarında diqqəti mümkün daha böyük bahalaşma ssenarilərinə yönəldib. Sentyabrın 9-da Brent markalı neftin bir barrelinin qiyməti 101 dollardan yuxarı qalxıb. Yaxın Şərqdə davam edən gərginlik və neft tədarükündə mümkün fasilələrlə bağl
11:59 244 Kokos yükündən bir tondan çox narkotik çıxdı - 2 nəfər həbs edildi
İspaniyada kokos yükünün içərisində gizlədilmiş bir tondan çox kokain aşkarlanıb. xəbər verir ki, bu barədə "20 Minutos" agentliyi məlumat yayıb. Sevilyada hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ümumilikdə 1 238 kiloqram kokain müsadirə edilib. Narkotik maddə yük konteynerini
12:04 138 Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
14:33 130 Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
14:13 104 Tramp İran müharibəsinin ABŞ-da ara seçkilərdən sonra bitəcəyini deyir və Pikaks dağına hücum etməklə hədələyir
ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək ABŞ ara seçkilərindən sonra İranla müharibənin bitəcəyini gözlədiyini bildirib və altı aylıq müharibənin başlanğıcından bəri iki tərəf gəmiçiliyə ən böyük hücum dalğasını başlatdıqdan sonra İslam Respublikasının nüvə proqramı ilə əlaqəli bir əraziy
10:35 162 Yenidən ekranlara qayıtdı - Görənlər tanımadı
2010-2012-ci illərdə yayımlanan "Yahşi Cazibe" serialında Simge obrazı ilə böyük məşhurluq qazanan aktrisa Hande Katipoğlu uzun fasilədən sonra yenidən ekranlara qayıdıb. "Qafqazinfo" xəbər verir ki, serialda Hakan Yılmazın canlandırdığı Kamal obrazının sevgilisi rolunu oynayan v
10:56 246