Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı

Apple əvvəlki iPhone modellərinin qiymətini artırdı"Apple" yeni "iPhone 18 Pro" və ilk qatlanan "iPhone Duo" modelini təqdim etdikdən sonra onlayn mağazasında əvvəlki nəsil dörd iPhone modelinin qiymətini artırıb. Modellərin hər biri 100 dollar bahalaşıb.

Yeni qiymətlərə əsasən, "iPhone 16" 699 dollar əvəzinə 799 dollardan, "iPhone 17e" 599 dollar əvəzinə 699 dollardan, "iPhone 17" 799 dollar əvəzinə 899 dollardan, "iPhone Air" isə 999 dollar əvəzinə 1099 dollardan satışa çıxarılıb.

Lent.az bu xarici mediaya isttinadla xəbər verir ki, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərinin təqdimatı ilə eyni vaxtda "Apple" "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin istehsalını və satışını dayandırıb.

Beləliklə, əvvəlki nəslin daha bahalı "Pro" modellərini yeni flaqmanlar əvəz edib. "iPhone 16", "iPhone 17", "iPhone 17e" və "iPhone Air" isə satışda saxlanılıb, lakin daha yüksək qiymətlərlə.

Apple qiymətləri niyə artırıb?

iPhone modellərinin bahalaşa biləcəyi təqdimatdan əvvəl də müzakirə edilirdi. Bunun əsas səbəblərindən biri yaddaş çipləri və məlumat saxlama qurğularının qiymətinin kəskin artmasıdır. Süni intellekt infrastrukturlarının sürətlə genişləndirilməsi bu komponentlərə tələbatı xeyli yüksəldib.

"Apple"ın baş direktoru Tim Kuk hələ iyun ayında şirkətin bu komponentlərin bahalaşmasını əvvəlki kimi tam şəkildə kompensasiya edə bilmədiyini bildirmişdi. Onun sözlərinə görə, yaddaş çipləri bazarında yaranan çatışmazlıq miqyasına görə görünməmiş səviyyəyə çatıb.

Süni intellekt və "neocloud" infrastrukturu inkişaf etdirən şirkətlərin artan tələbatı yarımkeçirici bazarında tədarük məhdudiyyətləri yaradıb. Yeni məlumat mərkəzlərinin tikintisinə yüz milyardlarla dollar sərmayə yatırılması isə bu tələbatın nə qədər davamlı olacağı ilə bağlı müzakirələrə səbəb olub.

Mövcud iPhone modellərinin bahalaşması isə bazardakı bu dəyişikliklərin alıcılar üçün ilk nəzərəçarpan nəticələrindən biri hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.