12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə

12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtləİspaniyanın Qalisiya bölgəsində 12 evdən və təxminən 1,5 hektar torpaq sahəsindən ibarət tərk edilmiş kənd sıfır avroya satışa çıxarılıb. Əsas şərt yeni sahibin kəndin bərpasını öz üzərinə götürməsidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kənd uzun illərdir əhalisinin azalması ilə üzləşən O-Ribeyro bölgəsində yerləşir. Yerli hakimiyyət ərazini yenidən canlandırmağa hazır olan şəxs və ya investor axtarır.

Təklif qeyri-adi qiyməti ilə diqqət çəksə də, kəndə sahib olmaq tamamilə xərcsiz başa gəlməyəcək. Yeni sahib sövdələşmənin rəsmiləşdirilməsi ilə bağlı ödənişləri və daşınmaz əmlakın bərpası üçün tələb olunan böyük xərcləri qarşılamalıdır.

Təklifə nələr daxildir?

Kompleks təmirə ehtiyacı olan 12 yaşayış evindən ibarətdir. Onlardan dördü ikimərtəbəlidir. Evlərlə birlikdə yeni sahibə təxminən 15 min kvadratmetr torpaq sahəsi də veriləcək.

Hazırda kənddə yaşayış yoxdur. Ərazidə köhnə evlərin daş xarabalıqları, quyular və körpülər qalıb.

Elanda bildirilir ki, kəndi ekoloji yaşayış məntəqəsinə, turizm kompleksinə və ya istirahət məkanına çevirmək mümkündür.

Kənddən qədim kral yolu keçib

Hazırda tərk edilmiş vəziyyətdə olsa da, kənd tarixi əhəmiyyət daşıyır. Vaxtilə buradan səyahətçilərin istifadə etdiyi mühüm marşrut Kastiliyaya gedən Kral yolu keçib.

Bu səbəbdən kənd mühüm nəqliyyat və tranzit məntəqəsi olub. Burada iqtisadi və mədəni həyat fəallığı ilə seçilib.

Lakin 1950-ci illərdə Freyra bəndinin tikintisindən sonra vəziyyət dəyişib. Suyun səviyyəsinin yüksəlməsi kəndin tədricən tənəzzülünə səbəb olub və nəticədə sakinlər evlərini tərk ediblər.

Sonradan bütün kompleks enerji şirkətinin mülkiyyətinə keçib, daha sonra isə yerli administrasiyaya verilib. İndi hakimiyyət ərazidə həyatı yenidən bərpa etməyin yollarını axtarır.

Sıfır avroluq qiymət bütün xərcləri əhatə etmir

Elanda qiymət birbaşa sıfır avro göstərilib. Bununla belə, gələcək sahib sövdələşmənin rəsmiləşdirilməsi ilə bağlı peşəkar xidmətlərin haqqını ödəməlidir.

Əsas tələb tərk edilmiş kəndi bərpa etmək, onu yaşayış, turizm və ya istirahət məkanına çevirməkdir. Yəni daşınmaz əmlakın özünə faktiki olaraq pul ödənilməsə də, qarşıda böyük həcmdə iş və ciddi maliyyə xərcləri dayanır.

Kənd ərazilərində əhali itkisi ilə üzləşən Qalisiya üçün belə layihələr tarixi yaşayış məntəqələrini qorumaq və yeni sakinlər cəlb etmək vasitəsi ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.