Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz
"Daşınmaz əmlakla bağlı hüququn ən etibarlı təminatlarından biri dövlət qeydiyyatıdır. Vətəndaş torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edərkən həmin əmlakın hüquqi statusunu mütləq araşdırmalıdır. Əmlakın kimə məxsus olması, üzərində həbs, ipoteka, icarə hüququ və ya digər məhdudiyyətlərin olub-olmaması əvvəlcədən yoxlanılmalıdır".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, xüsusilə torpaq sahələrinin alqı-satqısı zamanı vətəndaşlar daha diqqətli olmalıdırlar. Çünki praktikada rast gəlinən əsas problemlərdən biri təyinatı və hüquqi statusu tam aydın olmayan torpaqların satılmasıdır. Torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara və ya digər kateqoriyalara aid olması gələcəkdə həmin ərazidən istifadə imkanlarına birbaşa təsir göstərir:
"Vətəndaş yalnız "torpağın sənədi var" ifadəsi ilə kifayətlənməməlidir. Torpağın çıxarışı, texniki sənədləri, planı, ölçüləri, sərhədləri və təyinatı diqqətlə araşdırılmalıdır. Həmçinin faktiki istifadə olunan sahə ilə dövlət qeydiyyatında göstərilən sahənin uyğunluğu yoxlanılmalıdır.
Mənzillərlə bağlı isə ən çox rast gəlinən problemlərdən biri ilkin müqavilə, order, etibarnamə və ya digər sənədlər əsasında faktiki istifadə olunan, lakin dövlət qeydiyyatından keçməmiş əmlaklarla bağlıdır. Vətəndaş anlamalıdır ki, müəyyən sənədin mövcudluğu hər zaman mülkiyyət hüququnun tam şəkildə rəsmiləşdirilməsi demək deyil.
Daşınmaz əmlak alarkən əsas prinsiplərdən biri "əvvəl hüquqi yoxlama, sonra maliyyə qərarı" olmalıdır.
Yəni vətəndaş hər hansı mənzil və ya qeyri-yaşayış sahəsi üçün pul ödəməzdən əvvəl həmin əmlakın hüquqi vəziyyətini peşəkar şəkildə araşdırmalıdır. Əmlakın əvvəlki sahibləri, mülkiyyət tarixçəsi, mümkün məhkəmə mübahisələri, ipoteka və digər yüklülüklər də əvvəlcədən yoxlanılmalıdır.
Digər vacib məsələ isə daşınmaz əmlakla bağlı bütün sənədlərin sistemli şəkildə saxlanılmasıdır. Çıxarışlar, alqı-satqı müqavilələri, ödəniş qəbzləri, texniki pasportlar, plan və ölçü sənədləri, kommunal ödənişlər və digər hüquqi əhəmiyyətli sənədlər gələcəkdə yarana biləcək mübahisələr zamanı mühüm sübut vasitəsinə çevrilə bilər.
Əgər vətəndaşın torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi ilə bağlı hüququ pozulubsa, ilk növbədə məsələ hüquqi sənədlər əsasında təhlil edilməlidir. Problemin inzibati qaydada, danışıqlar yolu ilə, mediasiya vasitəsilə və ya məhkəmə qaydasında həll edilməsinin mümkünlüyü müəyyənləşdirilməlidir.
Hər bir mübahisəni dərhal məhkəməyə çıxarmaq ən optimal yol olmaya bilər. Bəzi hallarda düzgün hüquqi mövqe, peşəkar danışıqlar və sənədlərin hüquqi təhlili problemin daha qısa müddətdə həllinə imkan verir.
Lakin mülkiyyət hüququnun pozulması, qanunsuz müdaxilə, torpaq sərhədləri ilə bağlı mübahisələr, qanunsuz tikinti, icarə münasibətlərindən yaranan problemlər və ya mülkiyyət hüququnun tanınması məsələləri yarandıqda hüquqi müdafiə mexanizmlərindən vaxtında istifadə etmək vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDivardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
05.11.2026 255 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
05.11.2026 301 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 243