Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir.
Bəs açıq şəkildə satılan quru meyvələr nə qədər təhlükəsizdir? Bu məhsulların satış və saxlanma şəraiti hansı tələblərə cavab verməlidir və istehlakçı alarkən nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, marketlərdə açıq şəkildə, yəni qablaşdırılmadan satılan quru meyvələrin təhlükəsizliyini yalnız məhsulun görünüşünə əsasən qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, quru meyvələrdə su miqdarı təzə meyvələrlə müqayisədə az olduğundan bir çox mikroorqanizmlərin inkişafı məhdudlaşır: "Lakin bu, onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Açıq satış zamanı məhsul toz, çirk, əllə təmas, həşəratlar və digər xarici çirklənmələrə məruz qala bilər. Xüsusilə məhsul uzun müddət açıq saxlanılırsa, onun hansı şəraitdə və nə qədər müddət qorunduğunu müəyyən etmək çətinləşir. Rütubətli mühitdə saxlanılan quru meyvələrdə kif və kif toksinlərinin yaranması da mümkün risklərdəndir. Bundan başqa, bəzi quru meyvələrdə kükürd dioksid kimi qoruyucu maddələrdən istifadə olunur və bu barədə məlumat istehlakçı üçün əlçatan olmalıdır.
Bu məhsulları alarkən təmiz, qapalı və qorunan vitrinlərdə saxlanılan, çeşidləmə və satış üçün xüsusi alətlərdən istifadə olunan məhsullara üstünlük vermək lazımdır. Quru meyvənin üzərində kif, həddindən artıq yapışqanlıq, qeyri-adi qoxu, rəng dəyişməsi və ya həşərat izləri varsa, alınmamalıdır. Məhsulun həddindən artıq parlaq və qeyri-təbii görünməsi də onun tərkibi barədə satıcıdan məlumat almaq üçün səbəbdir.
Ən təhlükəsiz seçim isə istehsalçı, tərkib, son istifadə müddəti və saxlanma şəraiti göstərilən qablaşdırılmış məhsullardır. Açıq məhsul alınacaqsa, onun satış şəraitinə diqqət etmək vacibdir. Evə gətirildikdən sonra da quru, sərin və təmiz, qapaqlı qabda saxlanılması məsləhətdir.
Yəni quru meyvənin açıq satılması avtomatik olaraq onun təhlükəli olduğu demək deyil, amma açıq satış məhsulun çirklənmə və düzgün saxlanmama riskini artırır. Burada həm marketin saxlama və gigiyena qaydalarına əməl etməsi, həm də istehlakçının məhsulun görünüşünə və satış şəraitinə diqqət etməsi mühüm rol oynayır.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDivardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
05.11.2026 255 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
05.11.2026 301 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 243