Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?

Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır.

Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrarı kimi qəbul etmək düzgün deyil. Söhbət ilk növbədə Almaniyada radikal sağın, xüsusilə "Almaniya üçün Alternativ"in (AfD) siyasi çəkisinin sürətlə artmasından gedir.

Saksoniya-Anhalt seçkilərində AfD-nin təxminən 44 faiz səs toplaması Almaniya üçün ciddi siyasi siqnaldır. Bu, II Dünya müharibəsindən sonra Almaniyada radikal sağ üçün ən mühüm seçki nəticələrindən biridir.
Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?Daha diqqətçəkən məqam isə odur ki, AfD artıq yalnız Şərqi Almaniyanın müəyyən bölgələrinin etiraz partiyası deyil. Son federal sorğularda partiyanın dəstəyi 27-29 faiz intervalında görünür və bəzi sorğularda AfD birinci yerdədir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert qeyd edib ki, "AfD Almaniyada heç vaxt hakimiyyətə gələ bilməz" fikrini artıq rahatlıqla söyləmək mümkün deyil.

Amma bunun qarşısında hələ də ciddi siyasi maneələr var. Almaniyanın əsas siyasi partiyaları uzun müddətdir AfD ilə koalisiya və siyasi əməkdaşlıqdan imtina edən "siyasi baryer" - "firewall" siyasətini qoruyurlar. Bu siyasətin əsas məqsədi radikal sağın hökumətə daxil olmasının qarşısını almaqdır.

Məsələ burasındadır ki, AfD-nin seçici bazası böyüdükcə bu baryerin qorunması siyasi baxımdan getdikcə çətinləşir. Çünki seçicilərin əhəmiyyətli hissəsinin dəstəklədiyi siyasi qüvvəni sadəcə təcrid etməklə onun yaratdığı problemi aradan qaldırmaq mümkün deyil.

Burada Almaniyanın ənənəvi siyasi partiyaları üçün əsas sual yaranır: AfD-ni zəiflətmək üçün yalnız onunla mübarizə aparmaq kifayətdirmi, yoxsa AfD-yə səs verən insanların narazılığının səbəblərini aradan qaldırmaq lazımdır?

Məncə, ikinci yol daha vacibdir.

İqtisadi problemlər, sənayenin rəqabət qabiliyyəti, enerji qiymətləri, miqrasiya və təhlükəsizlik məsələləri, bürokratiya, eləcə də ənənəvi siyasi elitalara inamın azalması AfD-nin yüksəlişini qidalandıran əsas amillərdəndir. Almaniyanın özündə də AfD-nin yüksəlişinin iqtisadi və sosial narahatlıqlarla əlaqəsi geniş müzakirə olunur.

Burada Avropa İttifaqı üçün də ciddi mesaj var. Almaniya Avropanın siyasi və iqtisadi lokomotividir. Əgər bu ölkədə milli-populist və euroskeptik qüvvələr daha da güclənərsə, bunun Aİ-nin miqrasiya, təhlükəsizlik, Ukrayna, Rusiya ilə münasibətlər və Avropa inteqrasiyası siyasətinə təsiri qaçılmaz olacaq.

Almaniya Bundesbankının rəhbəri də AfD-nin yüksəlişinin iqtisadi və Avropa inteqrasiyası baxımından risklər yarada biləcəyindən narahatlığını ifadə edib.

Ona görə mən "Almaniyada faşizm qayıdır" deməzdim. Amma Almaniyada radikal sağın siyasi sistemin əsas qüvvələrindən birinə çevrilməsi artıq faktdır və onun gələcəkdə federal hakimiyyət uğrunda real mübarizə aparması tamamilə mümkündür.

Əsas məsələ Almaniyanın demokratik institutlarının və mərkəzçi siyasi qüvvələrinin bu çağırışa necə cavab verəcəyidir.

Çünki demokratiyada seçicinin narazılığını görməməzliyə vurmaq təhlükəlidir. Əgər ənənəvi siyasi qüvvələr cəmiyyətin iqtisadi, sosial və təhlükəsizlik narahatlıqlarına real cavab verə bilməsələr, radikal qüvvələrin qarşısını yalnız siyasi baryerlərlə almaq getdikcə çətinləşəcək.

Bu baxımdan Almaniyada baş verən proses təkcə Almaniyanın deyil, bütövlükdə Avropanın siyasi gələcəyi üçün ciddi xəbərdarlıqdır", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.