"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ
Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır.
Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanın gələcəyi haqda nə qədər məlumat verə bilər? Bürcünə görə insan haqda hökm vermək nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı BiG.AZ-a danışan təlimçi astroloq, "Astrologiyanı öyrənirəm" və "AstroLove" kitablarının müəllifi Aytən Salami astroloji proqnozların mahiyyəti ilə bağlı fikirlərini bölüşüb:
"Əslində burada çox incə bir sərhəd, cizgi var ki doğum xəritəsi, yoxsa bürclər? Bu astrologiyada ən müzakirəli məsələlərdən biridir. Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil. Astrologiyada bürclə insanın həyatı idarə olunmur, bürc proqnozlarına görə insanlar həyatlarını idarə edə bilməz. Bu işin çox səthi və qeyri-real tərəfidir. Amma doğum xəritəsinə görə 12 bürcümüz var, yer kürəsində 8 milyard insan var, bu insanın 12 bürcə bölünməsi, 12 xarakter, 12 tale, 12 qismət və 12 cür yaşananlar deməkdir ki, bu da absurddur. Hər birimiz individualıq və hər birimiz həm individual xarakterə sahibik, eyni zamanda fərqli həyatlar yaşayırıq. Amma doğum xəritəsinə əsasən həyatımızı yönləndirməyimiz tamamilə astologiyanın ən əsas insana verə biləcəyi köməklərdən biridir. Çünki qədim zamanlarda, keçmiş dönəmlərdə padşahlar, hökmdarlar hər zaman saraylarında münəccim başları saxlayırdı, onlar da ulduzlardan xəbər verirdi".
Astroloqun fikrincə, astrologiyanın bugünə qədər gəlib çatmasının əsas səbəblərindən biri onun tarixən alimlər və münəccimbaşılar tərəfindən öyrənilməsi olub:
"Keçmiş dönəmdə olan münəccimbaşıları və alimlər hər biri oxumuş və riyaziyyatı bilən insanlardır. Riyaziyyatı bilməyən insan astroloq ola bilməz və bu nəyə görə bu qədər önəmlidir? Çünki hər bir insanın doğum xəritəsi individualdır və orada aparılan hesab sistemləri var, riyaziyyatlar, analizlər var və biz bu analizləri astroloq olaraq edib qarşı tərəfə gələcək barədə informasiyalar verə bilirik. Amma bizim falçılardan və yaxud da ön görücülərdən fərqimiz nədir? Biz insanların bilinc altına və yaxud da ki, qərarlarına müdaxilə etmək haqqına sahib deyilik, yəni özümüzü Allahın yerinə qoya bilmərik. Biz sadəcə gələcəklə bağlantılı önəmli hadisələri görə bilirik .Ölümü, qəzanı görmək olmur, evlənmə, boşanma kimi proqnozları biz verə bilmirik. Çünki burada insan iradəsi çox önəmlidir. Çətinliklər, yaxşı hadisələr, uğur, uğursuzluq, itki filan bunları görmək mümkündür, amma bunların dəqiqliyini demək mümkün deyil".
A.Salami son olaraq onu da vurğulayıb ki, insan qarşılaşacağı hadisələri öncədən müəyyən qədər bilə bilər, amma son nəticədə seçim və iradə də mühüm rol oynayır:
"Baş verəcək hadisənin nəticəsi insanın verdiyi qərarlardan asılıdır. Astrologiya qərarı demir, astrologiya baş verəcək problemi görür. Bu sadəcə olaraq insanı hadisəyə hazırlamaq üçündür, amma bundan kənar hər bir şey insanın öz iradəsindən asılıdır".
Lalə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDivardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul
Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə
05.11.2026 233 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Məşhur müğənni toy tarixini açıqladı
Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric
05.11.2026 255 AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
05.11.2026 207 Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA
Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm
05.11.2026 301 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 243