"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV

"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yəni hazırda İsrail-Türkiyə dövləti arasında müharibə yoxdur, ancaq olmasa belə, çox gərgin bir vəziyyət yaranıb. İndi İsrailin müvəqqəti işlər vəkilini Türkiyəyə təyin etməyi o deməkdir ki, Türkiyənin də Xarici İşlər Nazirliyi buna razılıq verib. Yəni o, Türkiyə Xarici İşlər Nazirliyi əgər o müvəqqəti işlər vəkilinin Türkiyədə fəaliyyətinə razılıq verməsəydi, sözsüz ki, İsrail Xarici İşlər naziri onu təyin edə bilməzdi". Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev bildirib.
"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEVOnun sözlərinə görə, əslində, bu faktın özü müəyyən qədər diplomatik münasibətlərin yaranmasına, inkişafına töhfə verə bilən bir faktdır: "Bu da gərginliyi nisbətən azalda bilər. Ancaq yaxın vaxtlarda mən inanmıram ki, gərginlik birdən-birə səngiyə bilsin. Çünki Suriya məsələsində çox ciddi toqquşan maraqlar var Türkiyə ilə İsrail dövlətinin arasında. Ona görə də sadəcə olaraq bu, bir yumşalmaya müəyyən qədər əsas ola bilər, müəyyən qədər yumşalmanın bir elementi ola bilər, gələcək üçün və müəyyən danışıqlar üçün.

Əslinə qalanda, bu kanallar həmişə açıq olub, üçüncü dövlətlər vasitəsilə. Məsələn, ən azından hamı bilir ki, Türkiyə ilə İsrailin arasında ən gərgin münasibətlərin olduğu bir vaxtda Azərbaycan vasitəçilik edib ki, münasibətlərdə müəyyən anlaşma və uzlaşma nöqtələri tapıla bilsin. Ancaq eyni zamanda bunu İsrail tərəfi də bilir, hətta bunu dünya da bilir ki, biz Türkiyə ilə müttəfiqik və həm hərbi-siyasi, həm də bütün sahələrdə biz Türkiyə ilə müttəfiqik. Ona görə Türkiyəyə qarşı olan hər hansı bir hərəkət -siyasi, hərbi və yaxud da başqa sahədə olan hərəkət bir müttəfiq kimi bizim də marağımıza və mənafeyimizə uyğun deyildir.

Bu baxımdan, əlbəttə ki, bunu münasibətlərin müəyyən yumşalması istiqamətində kiçik bir element hesab eləmək olar. Nəzərə alsaq ki, hazırda İsrail tərəfinin həm Türkiyəyə qarşı, həm başqa, Suriyaya münasibətdə, İrana münasibətdə Netanyahu hökumətinin bəyanatları müəyyən qədər də daxili publikaya hesablanmış bəyanatlardır. Çünki seçki öncəsi Netanyahu növbəti seçkidə qələbə çalmaq üçün müəyyən qədər populizmlə məşğuldur, populistik bəyanatlarla məşğuldur.

Lakin real hərbi qarşıdurma məqamında mən güman eləmirəm ki, ora qədər gəlib çatsın. O, hər halda İsrail dövlətini çox pis vəziyyətdə qoya bilər. Bu baxımdan, orada olan siyasətçilər də, orada olan müəyyən institutlar da hamısı bunu çox gözəl bilirlər: bu qarşıdurmanın son nəticəsi, əgər müharibəyə gətirib çıxarsa, nə ola bilər. Ona görə də onlar son nəticəyə qədər gediləcəyini mən qətiyyən güman etmirəm və bu özü müəyyən münasibətlərin qurulmağının bir ilk addımı, ya kiçik bir jesti kimi qəbul oluna bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.