Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin

Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlinNahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra daha çox müşahidə olunur. Belə vəziyyətdə ilk ağıla gələn adətən qəhvə olur. Lakin gümrahlığı başqa üsulla da bərpa etmək mümkündür.

Bu üsullardan biri NSDR, yəni "non-sleep deep rest" adlanır və "yuxusuz dərin istirahət" mənasını verir. Bu, insanın tam yuxuya getmədən, qısa müddət ərzində gərginliyi azaltmasına və beynə istirahət imkanı yaratmasına kömək edən şüurlu rahatlama texnikasıdır. Yoqa-nidra da bu tip üsullara aid edilir. Belə istirahət üçün mürəkkəb metodlar öyrənməyə ehtiyac yoxdur. Bəzən cəmi 15 dəqiqə ərzində işdən uzaqlaşıb diqqəti rahatlamağa yönəltmək kifayət edir.

15 dəqiqəlik istirahəti necə təşkil etmək olar?

Əvvəlcə rahat uzana biləcəyiniz sakit bir yer seçin. Bu, çarpayı, divan, döşəmədə döşəkcə və ya başqa uyğun yer ola bilər. Hava şəraiti imkan verirsə, açıq havada, otların üzərində də uzanmaq mümkündür. Gözlərinizi yumun və təxminən beş dəqiqə sakit qalın. Düşüncələri xüsusi olaraq idarə etməyə və ya müəyyən vəziyyətə çatmağa çalışmağa ehtiyac yoxdur. Ətrafdakı səslərə, ağlınıza gələn fikirlərə və bədəninizdəki hisslərə diqqət yetirin. Daha sonra bədəninizin hansı hissəsinin daha çox rahatladığını müəyyən etməyə çalışın. Bu, əl, ayaq, bel və ya başqa nahiyə ola bilər. Diqqətinizi həmin hissə yönəldin və rahatlıq hissinin tədricən bədənin digər hissələrinə yayılmasını müşahidə edin.

Sonrakı bir neçə dəqiqəni nəfəsə ayırın. Hər nəfəsalma və nəfəsverməni sakit şəkildə izləyin və daxilən sayın. Diqqətiniz başqa fikirlərə yönəlsə, özünüzü qınamadan yenidən nəfəsə fokuslanın. Nəfəs dövrünün müddətini bir qədər dəyişmək də olar. Məsələn, nəfəsverməni nəfəsalmadan bir qədər uzun edin. Burnunuzla sakitcə nəfəs alın, sonra havanı ağızdan yavaş-yavaş buraxın. Başqa bir üsulda isə dodaqları bir qədər büzüb kiçik boşluq saxlayaraq havanı sanki nazik borudan keçirirmiş kimi yavaş nəfəs vermək olar. Bu, nəfəsverməni təbii şəkildə yavaşlatmağa kömək edir.

Qısa istirahət niyə kömək edə bilər?

İlk baxışda 15 dəqiqə heç nə etmədən uzanmaq faydasız görünə bilər, xüsusilə də qarşıda görüləcək çox iş varsa. Lakin bu üsulun əsas xüsusiyyəti məhz gündəlik fəaliyyətin qısa müddətlik dayandırılmasıdır. İnsan uzandıqda bədəni şaquli vəziyyətdə saxlamaq üçün gün ərzində işləyən əzələlər bir qədər dincəlir. Gözlərin bağlanması isə beyinə daxil olan vizual məlumatın miqdarını azaldır. Sakit nəfəsə diqqət yetirmək də əlavə rol oynayır. Diqqətin xarici qıcıqlandırıcılardan bədən hisslərinə və nəfəs ritminə yönəlməsi ümumi fizioloji gərginliyin azalmasına kömək edə bilər. Nəticədə qısa fasilə sadəcə fəaliyyətsizlik deyil, orqanizmə yükü müəyyən qədər azaltmaq imkanı verən bir istirahət dövrünə çevrilir.

Bu səbəbdən gün ərzində enerjinin qəfil azalması zamanı dərhal növbəti fincan qəhvəyə əl atmaq vacib deyil. Bəzən telefonu kənara qoymaq, rahat bir yer tapmaq və özünüzə 15 dəqiqə sakit istirahət vermək daha faydalı ola bilər. Bunun üçün xüsusi avadanlıq, mürəkkəb üsullar və əlavə xərc tələb olunmur. Əsas məsələ həmin müddətdə doğrudan da iş axınını dayandırmaq və orqanizmə bərpa olunmaq imkanı verməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 788   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.