Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA

Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMANarkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir.

Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqdan xilas olmaq nə dərəcədə mümkündür? Asılılığın ilk psixoloji əlamətləri hansılardır? Müalicə alan insan cəmiyyət tərəfindən niyə damğalanır?
Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a danışan psixologiya üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev mühüm məqamlara toxunub:

"Narkotik asılılığı beynimizin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir beyin xəstəliyidir. Əlbəttə, bu problemin mənalandırılması coğrafiyaya görə dəyişir, bizdə daha çox iradəsizlik, gücsüzlük, cinayi davranış, etik uğursuzluq, əxlaqi dəyişim və s.kimi mənalandırılsa da, amma bu mövzu ilə bağlı inkişaf etmiş ölkələrin coğrafiyasında daha çox xroniki bir beyin xəstəliyi kimi qəbul olunur. Asılılıq geniş anlayışdır və növləri var: davranış asılılıqları, psixoaktiv maddə asılılıqları var. Davranış asılılıqları heç bir maddə qəbul etmədən həyata keçirtdiyimiz davranışların adaptiv formasıdır. Maddə asılılığı da adından göründüyü kimi müəyyən bir maddə qəbulu nəticəsində yaranan xroniki xəstəlikdir. Əgər psixoaktiv maddə qəbulu varsa, ilk əlamətlər burada birinci psixoloji əlamətlər yox, daha çox fiziki dəyişim müşahidə olunur. Biz buna aksidensiya sindromu deyirik. Şəxs maddəni dayandırır və bədəndə şiddətli şəkildə ağrılar ortaya çıxır.

Bu müalicədən əvvəlki proses kimi dəyərləndirilə bilər. Arıqlama, saçın tökülməsi, tərləmə, titrəmə, ürək -damar, mədə- bağırsaq sistemində ciddi problemlər yaranır. Psixatrik olaraq isə şizofreniya, bipolyar pozuntu, borderlayn, antisosial şəxsiyyət pozuntusu, dissosiativ şəxsiyyət pozuntusu, panik atak təşviş pozuntusu, depressiya və digər komorbid, yəni yanaşı xəstəliklər müşahidə oluna bilər. Qumar asılılığı, digər davranış asılılığı, qida asılılığı, seks asılılığı kimi davranışsal asılılıqlarda bu fiziki dəyişimi biz müşahidə etmirik. Daha çox psixoloji istək fonunda şəxsdə aqressiya müşahidə edə bilərik, depressiya ola bilər, intihara cəhd özünü göstərə bilər".

"Asılılıqdan müalicə alan insan cəmiyyət tərəfindən niyə damğalanır?" sualını isə psixoterapevt belə cavablandırıb:

"Birincisi, problemə düzgün mənanı yükləməliyik. Əgər biz şəxsə iradəsiz, gücsüz, cinayətkar kimi baxırıqsa, əlbəttə damğalama olunacaq. Bu damğalama, bu stiqmalaşdırma mövcuddursa, müalicədə də ciddi şəkildə problemlər yaşayırıq. Şəxs özünəxas komfort zonası tapır, maddədə rahatlıq tapır, qumarda rahatlıq tapır və ailədən, mütəxəssisdən uzaqlaşır. Bu da müalicənin gedişatına ciddi şəkildə maneçilik törədir.

Burada əsas variantlardan biri şəxsi damğalamadan, onu anlamaq, başa düşmək, empatiya qurmaq və bir növ bizim komfort zonamıza daxil olmasına şərait yaratmaq lazımdır ki, o inansın, güvənsin. Çünki inam və güvən müalicənin gedişatında əsas silahlarımızdan biridir".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 735   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.