"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Bərhuz Məhərrəmov bildirib.
"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOVOnun sözlərinə görə. beynəlxalq müşahidəçilərin, səfirlərin və xarici nümayəndələrin azad edilmiş ərazilərə mütəmadi səfərlərinin təşkili Azərbaycanın yürütdüyü açıq və şəffaf siyasətin tərkib hissəsi olmaqla yanaşı, bölgədə formalaşan yeni geosiyasi və sosial-iqtisadi reallıqların birbaşa yerində nümayiş etdirilməsinə xidmət edir: "Aydındır ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr, sadəcə, postmünaqişə dövrünün fəsadlarının aradan qaldırılması deyil, ölkə iqtisadiyyatının struktur transformasiyasını təmin edən strateji inkişaf modelidir və bir neçə təməl istiqamətdə özünü büruzə verir. İlk növbədə, nəqliyyat-logistika infrastrukturunun sıfırdan və ən müasir standartlara uyğun qurulması, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının, eləcə də strateji avtomobil və dəmir yollarının istifadəyə verilməsi regionun daxili və xarici bazarlara inteqrasiyasını təmin edir.

Bu infrastruktur gələcəkdə Zəngəzur dəhlizinin tam funksional fəaliyyətə başlaması ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşaqlarının mühüm halqasına çevrilmək potensialına malikdir. İkinci əsas istiqamət "yaşıl enerji" zonası konsepsiyasıdır. Regionun zəngin hidro, günəş və külək enerjisi resurslarının dövriyyəyə cəlb olunması ölkənin ümumi energetika balansında bərpa olunan enerjinin payını artırmaqla yanaşı, dekarbonizasiya və qlobal iqlim hədəflərinə də birbaşa töhfə verir. Eyni zamanda Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" kimi sənaye məskənlərinin salınması reindustrializasiya prosesini sürətləndirir, xüsusi özəl investisiyaların və texnologiyaların bölgəyə axınını stimullaşdırır. Bu genişmiqyaslı iqtisadi bazanın təməl qayəsini isə "Böyük Qayıdış" Dövlət Proqramı və onun sosial nəticələri təşkil edir. Proqramın icrası çərçivəsində əldə olunan ən mühüm nailiyyət minlərlə keçmiş məcburi köçkün ailəsinin doğma yurdlarına təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsidir.

Məlumdur ki, artıq Füzuli, Laçın, Şuşa, Xocalı, Zəngilan və Cəbrayılda "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsasında inşa edilən yaşayış məntəqələri sakinlərin istifadəsinə verilib. Müasir təhsil və səhiyyə ocaqlarının, mədəniyyət obyektlərinin istifadəyə verilməsi sosial həyatın tam bərpasına şərait yaradıb. Bu prosesin ən böyük çağırışlarından biri olan mina təhlükəsinə baxmayaraq ərazilərin intensiv təmizlənməsi layihələrin təhlükəsiz icrasına zəmin yaradır.

Qarşıda duran əsas strateji hədəflər isə Böyük Qayıdışın növbəti mərhələsində köçün miqyasını və tempini artırmaqdan ibarətdir. Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır və bu mərhələdə əsas diqqət yalnız mənzil təminatına deyil, tam və dayanıqlı məşğulluq mühitinin formalaşdırılmasına yönələcəkdir. Qayıdan əhalinin kiçik və orta sahibkarlığa, aqrar sektora və xidmət sahələrinə reinteqrasiyası, bölgədə tətbiq edilən xüsusi vergi və gömrük güzəştlərindən faydalanması isə əsas prioritetlərdəndir ki, bu da göstərməkdədir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən model milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini yüksəltməklə yanaşı, regionu Cənubi Qafqazın yeni iqtisadi, logistik və mədəniyyət mərkəzinə çevirmək məqsədi daşıyır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1001   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.