58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir.

Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir. Nümayəndə heyətini Azərbaycan Prezidentiinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 22-ci səfəridir.

Səfərin əsas dayanacaqlarından biri Xankəndi şəhəridir. Xarici diplomatlar burada həyata keçirilən bərpa və quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, eləcə də şəhərin inkişafı ilə bağlı görülən işlərlə tanış olurlar. Nümayəndə heyəti Xankəndidə yenidən qurulmuş Mədəniyyət Mərkəzini və Zəfər parkını da ziyarət edib.

Diplomatların Xankəndidəki Mədəniyyət Mərkəzində qarşılanması zamanı Hikmət Hacıyev Azərbaycanın sülh gündəliyi ilə bağlı mühüm mesajlar verib. O bildirib ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün səylərini davam etdirəcək. Hacıyev sülhün yalnız qarşıdurmanın olmaması anlamına gəlmədiyini, eyni zamanda yenidənqurma, bərpa və etimadın formalaşdırılması prosesi olduğunu vurğulayıb.

Bu mesaj səfərin siyasi mahiyyətini də ortaya qoyur. Çünki xarici diplomatların Xankəndidə olması yalnız bərpa prosesinin nümayiş etdirilməsi ilə məhdudlaşmır. Eyni zamanda beynəlxalq nümayəndələrə müharibədən sonrakı mərhələdə Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq və gələcəyə dair baxışını yerində göstərmək məqsədi daşıyır.

Hikmət Hacıyev səfərlə bağlı paylaşımında son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda baş verən dəyişiklikləri "diqqətəlayiq və nümunəvi transformasiya" kimi xarakterizə edib. Onun sözlərinə görə, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?Xankəndidə diplomatik nümayəndə heyətinin diqqət yetirdiyi məkanlardan biri də tikiş fabrikidir. Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının inkişafı çərçivəsində yaradılan müəssisənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrik həm yerli, həm də Türkiyə, Özbəkistan və Çin mənşəli xammaldan istifadə edir.

Səfər yalnız Xankəndi ilə məhdudlaşmır. Diplomatik nümayəndələr Şuşa, Ağdərə və Kəlbəcərdə də bərpa-quruculuq layihələri, sosial və iqtisadi infrastruktur, tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlərlə tanış olacaqlar. Qarabağ Universitetinə səfər də proqramın əsas istiqamətlərindən biridir.

Bütün bunlar göstərir ki, Azərbaycanın diplomatik korpus üçün təşkil etdiyi səfərlər təkcə informasiya xarakteri daşımır. Bu səfərlər vasitəsilə xarici diplomatların Qarabağ və Şərqi Zəngəzurda baş verən dəyişiklikləri birbaşa müşahidə etməsinə imkan yaradılır.

Xankəndinin isə bu səfərdə xüsusi yeri var. Uzun illər münaqişənin əsas simvollarından biri olan şəhərin bu gün diplomatik nümayəndələri qəbul etməsi, burada mədəniyyət, təhsil, iqtisadiyyat və infrastruktur layihələrinin təqdim olunması Azərbaycanın müharibədən sonrakı mərhələdə diqqəti qarşıdurmadan quruculuğa yönəltdiyini göstərən mühüm siyasi görüntüdür.

Digər tərəfdən, Hikmət Hacıyevin səfər zamanı verdiyi mesajlarda sülh və regional əməkdaşlıq məsələlərinin ön plana çıxması da təsadüfi deyil. Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığı bir vaxtda Xankəndidən verilən mesajlar beynəlxalq ictimaiyyətə Azərbaycanın regionun gələcəyi ilə bağlı yanaşmasını nümayiş etdirir.

Beləliklə, diplomatik korpusun Xankəndiyə səfərini yalnız Qarabağdakı bərpa işlərinin nümayişi kimi qiymətləndirmək düzgün olmaz. Bu səfər həm də Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı siyasi, iqtisadi və sosial reallığın beynəlxalq diplomatik dairələrə birbaşa təqdimatı kimi diqqət çəkir. Xankəndidən verilən əsas mesaj isə qarşıdurmadan sonra yeni mərhələnin - sülh, bərpa, reinteqrasiya və regional əməkdaşlıq mərhələsinin qurulmasıdır.

Nuray Nəzərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.