Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ

Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİAzərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır.

Diplomatların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində icra olunan layihələrlə yerində tanış olması Azərbaycanın bölgədə apardığı siyasətin beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırılması baxımından mühüm addımdır.

Bu gün Qarabağ artıq uzun illər davam edən işğalın yaratdığı dağıntıların deyil, bərpa, quruculuq və yeni həyatın məkanıdır. İşğal dövründə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir.

Diplomatik nümayəndələrin bu prosesləri birbaşa yerində müşahidə etməsi Azərbaycanın Qarabağla bağlı mövqeyinin və Böyük Qayıdış siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələrinin səfəri həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq diplomatik dairələr tərəfindən yaxından öyrənilməsinə imkan verir.

"Bu gün Qarabağ artıq dağıntıların deyil, qayıdışın, quruculuğun və yeni həyatın məkanıdır. Bu reallığın diplomatik nümayəndələr tərəfindən öz gözləri ilə görülməsi Azərbaycanın haqlı mövqeyinin və Böyük Qayıdış siyasətinin daha dolğun şəkildə təqdim olunmasına xidmət edir", - deyə B.Quliyev bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 101   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?

"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar

14:21 148
.

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib

Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale

17:24 93
.

Küpdə tapılan 1600 illik skeletin sirri açıldı

Bolqarıstanda arxeoloqlar qalıqları böyük gil qabda tapılan qədim Roma kişisinin ölüm səbəbini müəyyən ediblər. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Kəşf avqustun 10-da keçmiş Roma şəhəri Deultumda edilib. Bolqarıstan Elmlər Akademiyasının professoru Lyudmil Vaqalinsk

11:27 148
.

Faciədən dəqiqələr öncə... - Foto

Xəbər verdiyimiz kimi, ötən gün "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə onların hadisə baş verməzdən öncə çəkilmiş fotoları paylaşılıb. Həmi

10:52 235
.

"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ

Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır. Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanı

14:32 202
.

"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy

16:51 145
.

Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c

11:27 156
.

Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"

"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər

12:22 100
.

Faşizm qayıdır, yoxsa cəmiyyətlər dəyişir? Avropanın yeni siyasi mənzərəsi

Almaniyada siyasi mənzərə son illərin ən ciddi dəyişikliklərindən birini yaşayır. Uzun müddət ölkənin siyasi sistemində əsas xətt mərkəzçi partiyalar, xüsusilə Xristian Demokrat İttifaqı (CDU) və Sosial Demokrat Partiyası (SPD) arasında formalaşsa da, son illərdə bu siyasi balans tədricən dəyişməyə başlayıb

12:04 159
.