Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMARusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putinin Hindistana səfərini şərh edərək səfərin Rusiya-Hindistan münasibətlərində mühüm mesajlar verdiyini bildirib:

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA"Rusiya Prezidenti Vladimir Putinin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Maraqlıdır ki, bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün sonra reallaşıb. Düşünürəm ki, Vladimir Putinin Hindistana səfərini yalnız BRICS sammitində iştirak çərçivəsində deyil, həm də Rusiya-Hindistan münasibətlərinin hazırkı beynəlxalq proseslər fonunda xüsusi əhəmiyyət daşıdığı istiqamətində dəyərləndirmək lazımdır. Fikrimcə, burada əsas məqam Hindistanın öz çoxvektorlu xarici siyasətini davam etdirməsidir. Yeni Dehli bir tərəfdən ABŞ və Qərb ölkələri ilə münasibətlərini inkişaf etdirir, digər tərəfdən isə Rusiya ilə uzun illər ərzində formalaşan strateji, enerji və müdafiə əlaqələrini qoruyur. Putinin səfəri də bu balans siyasətinin davamı kimi qiymətləndirilə bilər"

Politoloq Modi və Putinin danışıqlarında ticarət, enerji və müdafiə kimi sahələrin də müzakirəsinə diqqət çəkib. O bildirib ki, bu münasibətlər yalnız ənənəvi hərbi əməkdaşlıqdan ibarət deyil, eyni zamanda iqtisadi və texnoloji istiqamətlərin də getdikcə ön plana çıxdığını göstərir:

"Burada enerji məsələsi də xüsusi diqqət çəkir. Hindistan Rusiya neftinin əsas alıcılarından biri olaraq qalır və bu, Moskva üçün mühüm iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, Hindistan üçün əsas prioritet enerji təhlükəsizliyi və münasib qiymətə enerji resurslarının təmin edilməsidir. Bu baxımdan, tərəflərin əməkdaşlığında qarşılıqlı iqtisadi maraqlar mühüm rol oynayır" .

Şərhçinin sözlərinə görə, digər mühüm məsələ Rusiya-Ukrayna müharibəsidir. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Hindistanın Moskvaya münasibəti və münaqişənin həlli ilə bağlı mövqeyi də xüsusi diqqət çəkir:

"Hindistan baş naziri Modi Bişkekdə Putinlə görüşündə də müharibənin başa çatdırılmasının vacibliyini vurğulamışdı. Buna görə də Dehli Moskva ilə münasibətlərini qorumaqla yanaşı, özünü mümkün sülh prosesində vasitəçi və ya diplomatik tərəfdaş kimi təqdim etməkdə maraqlıdır. Putinin səfərinin digər mühüm tərəfi isə BRICS-in transformasiyası ilə bağlıdır. Hazırda təşkilat əvvəlki dövrlə müqayisədə daha geniş coğrafiyanı əhatə edir və dünya əhalisinin, enerji resurslarının və iqtisadi potensialın əhəmiyyətli hissəsini özündə birləşdirir. Bu baxımdan, Putin-Modi görüşü dəyişən dünya düzənində hər iki ölkənin öz maraqlarını qorumaq və manevr imkanlarını genişləndirmək cəhdidir. Hesab edirəm ki, Putinin Hindistana səfərini üç əsas istiqamətdə dəyərləndirmək lazımdır. Rusiya-Hindistan strateji və iqtisadi əlaqələrinin qorunması, BRICS-in yeni qlobal sistemdə rolunun gücləndirilməsi və Rusiya-Ukrayna müharibəsi fonunda diplomatik kanalların açıq saxlanılması" .

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 816   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.