Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA

Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMAAzərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə səfərdə olub. Səfər çərçivəsində diplomatik nümayəndə heyətinin iştirakı ilə Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və bölgənin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Səfərlə bağlı BiG.AZ- a açıqlama verən siyasi şərhçi Elşad Paşasoy səfərin siyasi və diplomatik əhəmiyyətini dəyərləndirib:
Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA"Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri olduqca mühüm əhəmiyyət kəsb edir. Xüsusilə səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən artıq heyətin iştirak etməsi özü də ciddi rəqəmdir.

Unutmayaq ki, illər öncə, hətta Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağa səfərlərlə bağlı təşəbbüslərə bir sıra beynəlxalq təşkilatların və aparıcı dünya ölkələrinin diplomatlarının biganə münasibətinin şahidi idik. Çünki o zaman hələ Azərbaycanın zəfərini həzm etmək iqtidarında olmadıqlarını nümayiş etdirirdilər.

Lakin bu gün müşahidələrimiz onu göstərir ki, Azərbaycan Prezidentinin köməkçisinin müşayiəti ilə həyata keçirilən bu səfərdə diplomatik korpusun təmsilçiləri həvəslə iştirak edirlər. Bu da, heç şübhəsiz ki, Azərbaycanın əlinin gücləndirilməsi və haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması istiqamətində əlavə imkanlar deməkdir".

Politoloq eyni zamanda bu səfərin Azərbaycanın torpaqlarını azad etdikdən sonra təkbaşına həyata keçirdiyi quruculuq işlərini necə sürətlə apardığını bir daha nümayiş etdirmək və birbaşa çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:

"Bu səfərin, xüsusilə Xankəndiyə həyata keçirilən səfərin antiterror əməliyyatlarının keçirilməsinin ildönümü ərəfəsində reallaşmasının özünün də rəmzi mənası var. Azərbaycan 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində uzun illər ərzində separatizmin kök saldığı Xankəndi və digər əraziləri separatçılardan, erməni cinayətkarlarından və işğalçılarından təmizlədi. Bu bölgədə artıq hüzur hökm sürür, geniş quruculuq işləri həyata keçirilməkdədir.

Eyni zamanda, Prezidentin köməkçisi diplomatlara Qarabağ Universiteti ilə bağlı məlumatları çatdırarkən Azərbaycan dövlətinin bu bölgəni elmin və təhsilin inkişaf etdiriləcəyi bir məkana çevirmək prioritetini də ifadə etmiş oldu.

Hesab edirəm ki, bu, zamanında Ermənistanın işğalçılıq siyasətinə dəstək verənlərə, eləcə də bu gün ayrı-ayrı beynəlxalq təşkilatlar və paytaxtlar səviyyəsində erməni separatçılarını himayə etmək cəhdlərinə qarşı tutarlı cavabdır. Həmçinin sülhün alternativinin olmadığını nümayiş etdirir.

Bölgəyə səfər edən diplomatlar öz ölkələrinə doğru-düzgün məlumatların çatdırılması ilə Azərbaycana münasibətdə neqativlərin ortadan qaldırılmasına öz töhfələrini verəcəklər. Bundan sonra Cənubi Qafqazda sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması istiqamətində müəyyən rol oynamış olacaqlar".

E.Paşasoy son olaraq vurğulayıb ki, ümumilikdə isə bu kimi səfərlər mühüm əhəmiyyət kəsb edir. Həm də gələcəkdə işğaldan azad olunmuş bölgələrimizə investisiyaların yönəldilməsi baxımından vacibdir:

"Səfər edən diplomatlar öz ölkələrinə sülhün və təhlükəsizliyin təmin olunması şəraitində investisiya qoyuluşu üçün unikal şəraitin mövcudluğu, turizmin inkişafı və yaşıl enerjinin əldə olunması istiqamətində töhfə verilməsinin zəruriliyi barədə mesajlarını çatdıracaqlar.

Həmçinin işğaldan azad olunmuş ərazilərdəki mina terrorunun ortadan qaldırılması istiqamətində Ermənistana təzyiqlərin göstərilməsinin vacibliyi qeyd olunmalıdır. Diplomatların səfəri günündə Ağdərə bölgəsində növbəti mina partlayışının baş verməsi, vətəndaşımızın yaralanması və bundan bir gün öncə Xocalıda eyni hadisənin yaşanması Ermənistanın mina xəritələri ilə bağlı inadkar mövqeyindən əl çəkməsi üçün beynəlxalq səviyyədə ədalətli yanaşmanın ortaya qoyulmasını zəruri edir. Diplomatların səfərinin də buna xidmət edəcəyini hesab edirəm" -deyə politoloq fikrini yekunlaşdırıb.

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb. Türkiyəli məşhur müğənni İrem Deric

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

Nizamsız parklanma təhlükə yaradır - AÇIQLAMA

Köhnə və yeni çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar müşahidə edilir. Hər ikisi üçün ən böyük problem binaların həyətlərində nəqliyyat vasitələrinin nizamsız parklanmasıdır. "Əksər binaların həyətlərinə operativ nəqliyyat vasitələrinin, xüsusilə yanğınsöndürmə və xilasetm

05.11.2026 301
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

05.11.2026 243
.