"Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular" - Könül Nurullayeva
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura artıq 22-ci səfəri baş tutdu. Bu səfər həm xarici diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyaya birbaşa nümayişi baxımından mühüm siyasi əhəmiyyət daşıyır". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir: "Altı il ərzində eyni coğrafiyaya 22 dəfə diplomatik səfərin təşkil olunması sistemli diplomatiyanın tərkib hissəsidir. Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular. Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən layihələr, sosial və iqtisadi infrastruktur, tarixi-mədəni irsin vəziyyəti və onun bərpası ilə bağlı işlərin növbəti dəfə təqdimatından söhbət gedir. Diplomatların təəssüratlarından da aydın olur ki, Qarabağ və Şərqi Zəngəzurda son altı ildə intibah dövrü başlayıb.
Budəfəki səfərin mühüm məqamlarından biri Xankəndinin proqramda xüsusi yer tutmasıdır. Diplomatlar Xankəndidə Mədəniyyət Mərkəzini və Zəfər Parkını ziyarət etdilər. Xankəndidə həyatın bərpası postmünaqişə siyasətinin ən mühüm istiqamətlərindən biridir. Uzun illər münaqişə zonası olan Qarabağ artıq inkişaf və reinteqrasiya məkanına çevrilib.
Səfəri Azərbaycanın Ermənistanla sülh prosesinin yeni mərhələyə daxil olduğu bir vaxtda baş verməsi də xüsusi əhəmiyyət kəsb edir.
Bu xüsusda beynəlxalq diplomatik korpus Azərbaycanın gələcəyə dair baxışını görmüş oldu.
Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi də göstərir ki, Azərbaycan üçün indi əsas məsələ sülhün, sabitliyin, iqtisadi inkişafın və regional kommunikasiyaların qurulmasıdır.
Uzun müddət Qarabağla bağlı beynəlxalq informasiya mübarizəsinin əsas istiqamətlərindən biri məhz tarixi-mədəni irslə bağlı yersiz ittihamlar olub. Bu səbəbdən diplomatların həmin ərazilərdə mədəni obyektləri, bərpa işlərini və yeni yaradılan infrastrukturu yerində görməsi Azərbaycanın öz arqumentlərini birbaşa nümayiş etdirmək imkanını genişləndirir.
Bu, həm də informasiya diplomatiyasının bir formasıdır. Azərbaycan burada konkret nəticələr təqdim edir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 264 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr
05.11.2026 191 Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
05.11.2026 255 Ərdoğan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək
05.11.2026 338 Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər
Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb
05.11.2026 142 60 yaşdan sonra dostların sayı niyə azalır?
Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz
05.11.2026 219 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309