Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)
"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım".
Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb.
"İstərdim ki, o klublarda oynayan ilk azərbaycanlı mən olum"
"Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, "Barselona", "Real"da oynayan ilk azərbaycanlı mən olum".
.
"Yuxuda görürəm ki…"
Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb: "Hazırda "Qarabağ"ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm. Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam".
Qurban Qurbanovla işləmək istəyir
O bildirib ki, "Qarabağ"ın əsas komandasında çıxış etməyi hədəfləyib: "Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, "Qarabağ"ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır".
Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.
"Mehriban olmasaq, qələbə qazana bilmərik"
Ceyms qeyd edib ki, "Qarabağ"ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır: "Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 125 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 267 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
11.09.2026 275 3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri
11.09.2026 363 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11.09.2026 370 Türkiyədə uşaqların məktəb həyəcanı, valideynlərin dolanışıq qayğısı - KÖŞƏ YAZISI
Yeni tədris ili başlayarkən uşaqlar məktəb həyəcanı yaşayır, milyonlarla valideyn isə artan dəftərxana ləvazimatları, geyim, servis və qidalanma xərclərinin hesabını aparır. Yeni bir tədris ili başlayır. Uşaqlar üçün bu, yeni həyəcan, yeni dostlar, yeni müəllimlər və yeni hədəflər deməkdir. Kimisi il
12:01 184 "Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ
Bürclər və astroloji proqnozlar uzun illərdir insanların maraq dairəsindədir. Xüsusilə, ayın, planetlərin və digər səma cisimlərinin insan həyatına təsiri ilə bağlı proqnozlar sosial şəbəkələrdə geniş yayılır. Bəs bəzi insanlar niyə astroloji proqnozlara həddindən artıq bağlanırlar? Doğum xəritəsi insanı
11.09.2026 320 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 224 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 308 "Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb. "Qafqazinfo" xəbər verir ki, o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr b
11.09.2026 239