Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs artan istifadə fonunda skuterlərin təhlükəsizliyinə nə dərəcədə nəzarət edilir? Mövcud qaydalar və nəzarət mexanizmləri kifayətdirmi?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

BŞDYP: Skuter idarə edənlərin sayı gündən-günə artır

Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, BŞDYP tərəfindən kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir: "Paytaxt ərazisində skuter idarə edənlərin sayı gündən-günə artır və bu da öz növbəsində qəza riskini yüksəldir. Belə nəqliyyat vasitələrini idarə edən bəzi şəxslərin yollarda xaotik hərəkət etməsi sürücülər, səkilərdə hərəkət etməsi isə piyadalar üçün ciddi təhlükə yaradır. Belə hallar yolverilməzdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, skuterlər nəzərdə tutulmuş xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağında, nəqliyyat axınına mane olmamaq şərtilə idarə edilməlidir".

T.Nəsirli qeyd etdi ki, DYP əməkdaşları tərəfindən qayda pozan kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri aşkar edildikdə, barələrində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən inzibati protokol tərtib edilir: "DYP skuter sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Skuter sürən vətəndaş da yol hərəkəti iştirakçısıdır

Bakıda skuter problemi: Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək - FOTO

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, skuter və ya elektrikli samokat sürən vətəndaş da yol hərəkəti iştirakçısıdır və bütün yol hərəkəti iştirakçıları kimi DYP-nin tələblərinə tabe olmalıdır: "Skuterlərə nəzarət mexanizmi mövcuddur və bu, qanunvericilikdə də təsbit olunub. Lazım gəldikdə polis əməkdaşları tənbeh edə, maarifləndirmə işi apara və cərimə tətbiq edə bilərlər. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib, İnzibati Xətalar Məcəlləsində də cərimələrlə bağlı maddələr yer alıb".

E.Cəfərovun sözlərinə görə, son dövrlər fərdi mobillik vasitələrinə maraq artıb və bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir: "Buna görə də əsas məqsəd onların istifadəsinin qarşısını almaq deyil, bu vasitələr üçün müvafiq şərait yaratmaq, qanunvericilik bazasını təkmilləşdirmək və nəzarəti gücləndirmək olmalıdır. Fərdi mobillik vasitələri şəhər mühitində alternativ nəqliyyat vasitəsi hesab olunur və xüsusilə gənclər tərəfindən istifadəsi nəqliyyatın şaxələndirilməsi baxımından müsbət nümunədir".

"Skuter sürücüsünün yaşı ən azı 14 olmalıdır"

Ekspert qeyd etdi ki, skuter istifadəçilərinin yaş həddi ilə bağlı da qanuni tələb mövcuddur: "Yola çıxan skuter sürücüsünün yaşı ən azı 14 olmalıdır. Dəbilqə məsələsinə gəlincə, moped və motosiklet sürənlər üçün dəbilqə məcburidir, velosiped və elektrikli samokat sürənlər üçün isə belə tələb yoxdur. Bu məsələ ilə bağlı geniş müzakirələr aparılmalı və skuterlər üçün dəbilqənin məcburi olub-olmaması ayrıca qiymətləndirilməlidir".

E.Cəfərovun sözlərinə görə, skuterlərin maksimal sürəti ilə bağlı da şəhər mühitinin xüsusiyyətləri nəzərə alınmalıdır: "Bəzi şəhərlərdə bu hədd saatda 25 kilometrdən çox deyil. Skuterlərin texniki olaraq daha yüksək sürətə çata bilməsinə baxmayaraq, şəhər daxilində icazə verilən sürət həddi təxminən bu səviyyədə müəyyənləşdirilir. Məktəb və universitetlərin ətrafında isə zərurət yarandığı halda əlavə sürət məhdudiyyətlərinin tətbiqi məsələsinə baxıla bilər".

"Skuterlər çox böyük təhlükə yaradıb"

Qəza Əleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov hesab edir ki, son illərdə skuterlər çox böyük təhlükə yaradıb. Əvvəllər moped və motosiklet sürücülərindən narazılıq edilirdisə, hazırda skuterlərin idarə olunması daha ciddi narahatlıq doğurur: "İstər uşaqların, istər böyüklərin qarşı zolağa çıxması, avtomobillərin arasında şütüməsi, bir skuterdə iki nəfərin hərəkət etməsi və yollarda təhlükəli manevrlər etməsi həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Hətta parklarda belə insanlar skuterlərin yaratdığı təhlükədən rahat istirahət edə bilmirlər".

A.Rəhimovun sözlərinə görə, bəzi ölkələrdə skuterlərin istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur və bu təcrübələr Azərbaycanda da müzakirə mövzusu ola bilər: "Məsələn, Kanada, Fransa və Yaponiyadakı yanaşmaları nümunə göstərmək olar. Yollara çıxan istənilən nəqliyyat vasitəsinin sürücüsü müəyyən hazırlıqdan keçməlidir".

"Bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var"

Ekspert qeyd etdi ki, bütün skuter sürücülərinə avtomobil üçün nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi mümkün deyil, amma bunun əvəzinə ayrıca mexanizm yaradıla bilər: "Skuter idarə edən şəxslərin yol hərəkəti qaydalarını bilməsini və müəyyən hazırlıq keçməsini təmin edən sistem yaradılması təhlükəsizlik baxımından məqsədəuyğun olardı. Skuterlər getdikcə daha təhlükəli şəkildə idarə olunarsa, onların istifadəsinin qadağan edilməsi məsələsi də gündəmə gələ bilər".

A.Rəhimovun sözlərinə görə, skuter sürücülərinin müxtəlif qəzalara düşməsi də problemin ciddiliyini göstərir. Ekspertin diqqət çəkdiyi digər məqam isə 13-14 yaşlı uşaqların valideynlərinin kartlarından istifadə edərək skuter icarəyə götürməsidir: "Valideynlər bu məsələdə nəzarəti gücləndirməli, Dövlət Yol Polisi isə 14 yaşdan aşağı uşağın skuter idarə etdiyini aşkar etdikdə, valideynlərin məsuliyyəti məsələsinə baxmalıdır. Məsələ kifayət qədər ciddidir və yaxın vaxtlarda bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 737   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 191
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 338
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.