"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edirSon günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin, həm də anamdan aldığım yəhudi tərbiyəsinin xüsusi yeri var. Bu iki mənəvi ənənənin mənə aşıladığı əsas prinsiplər həqiqət, vicdan, ədalət, insan ləyaqətinə hörmət və mərdlikdir.

Mənim üçün multikulturalizm yalnız müxtəlif xalqların və dinlərin birgə yaşaması deyil. Multikulturalizmin əsas mahiyyəti insana onun dini və milli mənsubiyyətindən asılı olmayaraq hörmətlə yanaşmaqdır. İnsanın hansı dinə mənsub olmasından daha vacib olan onun vicdanı, əməlləri və mənəvi dəyərləridir.
Bu mövqedən çıxış edərək media nümayəndələrinə müraciət edirəm.
Jurnalistika ədalət mühakiməsi funksiyasını daşımır. Jurnalistin vəzifəsi hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək deyil, faktları araşdırmaq, məlumatları yoxlamaq, tərəflərin mövqeyini dinləmək və cəmiyyətə obyektiv informasiya təqdim etməkdir.

Hər hansı şəxs barəsində ciddi iddialar səsləndirilirsə, həmin iddiaların sübutlarla təsdiqlənməsi və qarşı tərəfin mövqeyinin də ictimaiyyətə çatdırılması peşəkar jurnalistikanın əsas prinsiplərindən olmalıdır. Təsdiqlənməmiş məlumatın fakt kimi təqdim olunması isə həm şəxsin nüfuzuna, həm də cəmiyyətin mediaya olan etimadına mənfi təsir göstərə bilər.

.
Mən media nümayəndələrindən yalnız bir şeyi tələb edirəm: faktlara hörmət və obyektivlik.
Əgər hər hansı materialda yanlış və ya dəqiqləşdirilməmiş məlumat yer alıbsa, həmin məlumatın düzəldilməsi jurnalistikanın zəifliyi deyil, əksinə, peşəkarlığın göstəricisidir.

Magen David Azərbaycan tərəfindən "Əkinçi" qəzetinin 150 illiyi münasibətilə Bakıda jurnalistlər üçün təşkil olunan tədbiri də bu münasibətlə xüsusi qeyd etmək istəyirəm. Bu təşəbbüs Azərbaycan jurnalistikasına, jurnalist əməyinə və sözün məsuliyyətinə göstərilən hörmətin ifadəsi kimi qiymətləndirilməlidir.

Mənim rəhbərliyimdə Monitorinq TV fəaliyyət göstərdiyi dövrdə də əsas prinsiplərimizdən biri məlumatların mümkün qədər yoxlanılması, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği, təhsil və maarifləndirməyə xidmət edən mövzuların işıqlandırılması və cəmiyyət üçün müsbət əhəmiyyət daşıyan məsələlərin diqqətə çatdırılması olub.
Bu gün media sahəsində məsuliyyət daha da böyükdür. 2026-cı ildə media mühitində həyata keçirilən hüquqi və institusional dəyişikliklər fonunda jurnalistikanın əsas prinsiplərinə - obyektivlik, dəqiqlik, operativlik, balanslı yanaşma və peşə etikası - daha ciddi əməl olunması vacibdir.

Mən öz hüquqlarımı qarşıdurma və emosional mübarizə yolu ilə deyil, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə müdafiə etmək niyyətindəyəm.Bununla əlaqədar bildirirəm ki, 15 sentyabr tarixində Sahil Allahverdiyevin rəhbərliyi ilə vəkillər qrupu tərəfindən Azərbaycan Respublikasının məhkəməsinə müraciət edilməsi planlaşdırılır. Müraciətin məqsədi hər hansı şəxslə qarşıdurma yaratmaq deyil, mövcud məsələlərə hüquqi qiymət verilməsini və həqiqətin qanun çərçivəsində müəyyənləşdirilməsini təmin etməkdir.

Mənim mövqeyim aydındır: ittihamın yerini sübut, emosiyanın yerini fakt, qarşıdurmanın yerini qanun tutmalıdır.
Mən həqiqətin qarşısında gözümü zərrə qədər də qırpmıram və hüquqlarımın qanuni yollarla müdafiəsindən geri çəkilməyəcəyəm.

Roş Haşana bizə keçmişə nəzər salmağı, səhvlərdən nəticə çıxarmağı və yeni səhifə açmağı xatırladır.

Şana Tova u-Metuka!
Qoy, yeni il Azərbaycan üçün həqiqətin, ədalətin, qarşılıqlı hörmətin, multikulturalizmin, peşəkar jurnalistikanın və sülhün ili olsun.

David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

Hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Bu barədə -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev 4 noyabr 2026-cı ildə atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzr

05.11.2026 191
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

05.11.2026 338
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 142
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.