"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağı gözlənilə bilərdi. Amma statistika əks tendensiyanı göstərir. Bəs bu azalmanın səbəbi nədir: yaşlılara ailələri tərəfindən daha çox qayğı göstərilir, yoxsa insanlar qocalar evinə müraciət etməkdən çəkinirlər? Rəqəmlərin arxasında hansı sosial reallıq dayanır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hazırda 215 ahıl şəxs dövlət himayəsində yaşayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, ölkəmizdə ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər. Agentliyin məlumatına görə, hazırda 215 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 111 nəfəri kişi, 104 nəfəri isə qadındır: "Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir". Agentliyin məlumatına görə, ahıl şəxslərin müəssisəyə yerləşdirilməsi ilə bağlı qərar onların sosial vəziyyəti, özünəqulluq imkanları, ailə və yaxın qohumlarının mövcudluğu, yaşayış şəraiti və digər fərdi amillər nəzərə alınmaqla müəyyən edilir: "Bu səbəbdən ayrı-ayrı dövrlərdə müəssisədə yaşayan şəxslərin sayında müşahidə olunan dəyişikliklər müxtəlif sosial və fərdi səbəblərlə bağlıdır". Həmçinin qurum tərəfindən müvafiq imtiyazlı kateqoriyalardan olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir: "Hazırda 3 033 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib. Onlardan 2 814 nəfəri ahıl şəxsdir. Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər". Agentlikdən bildirilib ki, qurumun sosial sifarişləri əsasında respublikanın 6 şəhər və rayonunda - Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuz üzrə ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir: "Layihə çərçivəsində 200-ə yaxın ahıl sosial xidmətlə əhatə olunur".

Ahılların öz mühitləri olmalıdır

Binəqədi rayonunda yerləşən "Ahıllar üçün günərzi qayğı mərkəzi"nin rəhbəri Aynur Zülfüqarova bildirir ki, rəhbərlik etdiyi mərkəzə müraciət edənlərin sayı keçən illə müqayisədə iki dəfə artıb. Bu məsələdə maariflənmə işi böyük rol oynayır".

Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Mərkəz rəhbəri hesab edir ki, ahılların öz mühitləri olmalıdır: "Mənim öz anam da bizim ahıllar mərkəzindədir. Onlar 70-75 yaşlarına qədər işləyiblər. Bu yaşdan sonra neyləsinlər? Bu mərkəzlər onların sosiallaşması üçün əhəmiyyətli mühitdir. Günərzi mərkəzləri zamanın tələbidir. Bu insanlar yalnız öz yaşıdları arasında sosiallaşa bilərlər. Burada tənha da, kimsəsiz də, övladları olan insanlar da var. İndi övladları sanki onları bağçaya gətirirlər". A.Zülfüqarova bildirir ki, belə mərkəzlərin açılması üçün çoxlu müraciətlər var.

Günərzi mərkəzlərinə müraciət edənlərin sayı artır

Ahıllarla işləyən sosial işçi Mehparə Hümbətova bildirir ki, ahıllar günərzi mərkəzlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün gəlirlər: "Bu cür mərkəzlərə indi maraq yüksəkdir. Əvvəllər atılmış qocalar stereotipi vardı. İndi övladları valideynlərini evdə tək qoymaq istəmirlər. Onlar arxayın olurlar ki, mərkəzlərdə valideynlərinə baxan var. Müşahidələrimiz onu göstərir ki, yatılı yerlərdə də azalma yoxdur, əksinə, müraciət edənlərin sayı artır".

Nəsillər arasındakı fərqlilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva xidmət müəssisələrinə yerləşdirilən qocaların azalmasını müsbət göstərici hesab edir:

Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

"Bu gün müasir və gənc ailələr yaşlılarla birlikdə yaşamaq istəmirlər. Nəsillər arasındakı fərqləri düşünsək, həmçinin bəzi sosial məsələlər, məişət qayğıları ucbatından övladlar valideynlərini qocalar evinə yerləşdirirdilər. Bu gün isə vəziyyət fərqli istiqamətdə dəyişir. Dövlətin bu istiqamətdə əhəmiyyətli proqramları var və bunlar da öz təsirini göstərir. Biz artıq bu insanlara "atılmış" kimi yox, "öz ortamında vaxt keçirmək istəyən" insanlar kimi baxırıq. Azalma da ona görədir ki, ahıllar bu tip mərkəzlərə yönəlir. Həm özlərinin psixoloji-emosional vəziyyətləri rahatlanır, həm də ailənin". Z.Nuriyeva dünyanın hər yerində belə ahıllar mərkəzlərinin fəaliyyət göstərdiyini bildirir: "Ahıllar öz təqaüdlərindən bu mərkəzlərə ödəniş edir və gün ərzində yaşıdları arasında vaxtlarını keçirirlər. Hələ ki, bizdə bu mədəniyyət formalaşmadığı üçün dövlət bunun alternativi olaraq günərzi qayğı mərkəzləri yaradıb".

Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

"İndi hər kəs evdə sosial xidməti təşkil edə bilir"

Sosioloq İlqar Hüseynlinin fikrincə, sosial xidmətlərin alternativ formalarının genişlənməsi sözsüz ki, sosial xidmət müəssisələrində ahılların azalmasına ciddi təsir göstərir: "Xüsusilə ölkə boyu evdə sosial xidmətin genişlənməsi əsas amil kimi göstərilə bilər. Bunu ailə institutunun möhkəmlənməsi, vətəndaşların ailə içində olan ahıl insanlara sahib çıxması, ata-anaya qayğılı münasibətlərin yeni mərhələyə keçməsi kimi qəbul eləmək lazımdır. Bundan əvvəl ahılları sosial xidmət müəssisələrinə yerləşdirirdilərsə, indi hər kəs evdə sosial xidməti təşkil edə bilir". Ekspertin fikrincə, ümumi yanaşanda evdə sosial xidmətlərin genişlənməsi müəssisələrdə insanların sayının azalmasına gətirib çıxarır: "Amma bu, hələlik böyük həcmdə deyil və bu o demək deyil ki, sosial xidmət göstərən müəssisələrə ehtiyac yoxdur. Bu ehtiyac hər zaman var. Dövlət bu məsələdə öz imkanlarını qoruyub saxlamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

21:30 0
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

00:30 532
.

"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb

İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı

13:30 152
.

Sosial müavinətlərlə bağlı AÇIQLAMA

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər

00:28 473
.

İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər

İran və Oman Hörmüz boğazında tezliklə elan olunacaq gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər. "Report"un xəbərinə görə, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, İran və Oman arasında iki ay davam edən intensiv texniki və diplomati

12:20 158
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

17:20 125
.

"Əhdi" və tanışı HƏBS OLUNDU: Cinayət işi açılıb

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayə

15:04 381
.

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, oktyabr ayında qeyri-iş günü nəzərdə tutulmayıb. -ın məlumatına görə, beşgünlük iş həftəsi üzrə ay ərzində 22 tam iş günü olacaq. Bu isə ümumilikdə 176 saat iş vaxtı deməkdir. Bu səbəbdən çalışan əhali oktyabr ayında yalnız həftəsonlar

00:26 572
.

Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı

"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini

20:00 0
.