Yəməndə husilərin güclənməsi regionda yeni qarşıdurma yarada bilər

Yəməndə husilərin güclənməsi regionda yeni qarşıdurma yarada bilərYəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlasalar da, proses qısa müddətdə husilərin xeyrinə dəyişib.

Husilər cəmi 12 saat ərzində eni təxminən 30 kilometr, uzunluğu isə 70 kilometr olan sahil zolağına nəzarəti ələ keçiriblər. Qruplaşma Əl-Muxa limanını da ələ keçirərək Hamam və Kahbub dağları istiqamətində hücumlarını davam etdirir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Yəməndə hərbi balansın PLC-dən husilərin xeyrinə dəyişməsinin konkret səbəbləri var:

"Əvvəla, PLC Səudiyyə Ərəbistanından ciddi dəstək alsa da, Ər-Riyad Türkiyənin Suriyada etdiyi kimi, fərqli silahlı və siyasi qrupları vahid komandanlıq və vahid cəbhə ətrafında birləşdirə bilməyib. Məsələn, PLC müəyyən istiqamətlərdə hərbi əməliyyatlarda uğur qazansa da, daxili fikir ayrılıqları və Yəməndəki digər maraq qruplarının fərqli mövqeləri əldə olunan nəticələrin qısa müddətdə uğursuzluğa çevrilməsinə səbəb olub.

Husilərdə isə vəziyyət fərqlidir. Qruplaşma daxilində bu miqyasda ciddi fikir ayrılığı görünmür və İranın dəstəyi hesabına daha koordinasiyalı, peşəkar və effektiv hərbi fəaliyyət nümayiş etdirirlər. Məsələn, hərəkatın son əməliyyatları fonunda SEPAH-a məxsus üç yüksək rütbəli zabitin və bir neçə dron mütəxəssisinin hazırda Yəmənin paytaxtı Sənada olduğu barədə məlumatlar da mövcuddur.

Bununla belə, husilərin qələbə qazanacağını düşünmürəm. Belə ki, son əməliyyatlar fonunda Bab əl-Məndəb boğazındakı mühüm adalar da husilərin nəzarətinə keçib. Bu isə faktiki olaraq boğaz üzərində nəzarətin tamamilə husilərə keçməsi deməkdir.

Hörmüz boğazının İran tərəfindən, Bab əl-Məndəb boğazının isə husilər tərəfindən bağlanması ehtimalının yaranması enerji məhsullarına, əlvan metallara, taxıl və buğda ticarətinə, eləcə də birjalara kəskin şəkildə təsir edə bilər.

İstisna deyil ki, vəziyyətin bu şəkildə davam etməsinə yol verilməsin. Səudiyyə Ərəbistanı böyük ehtimalla Yəmənə qarşı koalisiyanın müdaxiləsini təmin etməyə çalışacaq. Əslində, Bab əl-Məndəbin husilərin nəzarətinə keçməsi artıq belə bir müdaxiləni zəruri edir.

Pakistan belə bir müdaxilədə maraqlıdır. Lakin Türkiyənin bu məsələdə maraqlı olub-olmadığı hələlik bəlli deyil. Əgər Türkiyə də razılıq versə, Yəmənə koalisiya müdaxiləsi baş verə bilər. Beləliklə, Ankara Suriyadan sonra Yəməndə də sülhün bərpasında rol ala bilər. Lakin bu, Tehran ilə Ankara arasındakı münasibətlərə mənfi təsir göstərə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

05.11.2026 323
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 280
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.