Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil"

Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil""Hesab edirəm ki, ABŞ-ın Səudiyyə Ərəbistanının husilərə qarşı birbaşa hərbi zərbə tələbini qəbul etməməsi çox ciddi geosiyasi mesajdır. Vaşinqton əvvəlki mərhələdə Britaniya ilə birlikdə husilərə qarşı əməliyyatlar aparırdı, amma bu gün Tramp administrasiyası ikinci bir genişmiqyaslı cəbhənin açılmasında maraqlı deyil.

Burada Səudiyyə Ərəbistanının qarşısında real təhlükə var. Husilərin Babül-Məndəb istiqamətində irəliləməsi həm Səudiyyənin neft ixracına, həm də dünya ticarətinə ciddi risk yaradır. Ona görə də Ər-Riyadın ABŞ-dan yardım istəməsi başadüşüləndir.

Amma diqqətçəkən məsələ budur ki, Səudiyyə artıq təkcə Vaşinqtona ümid bağlamır. Türkiyə və Pakistanla imzalanmış müdafiə razılaşması yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. Pakistan tərəfi də bəyan edib ki, Səudiyyə Ərəbistanına qarşı hücumlar davam edərsə, bu mexanizmin işə düşməsi mümkündür." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil"Ekspert qeyd edib ki, Pakistanın və Türkiyənin husilərə qarşı dərhal genişmiqyaslı müharibəyə qoşulacağı inanılan deyil. Burada söhbət ilk növbədə Səudiyyənin müdafiəsindən və regional çəkindirmədən gedir.

Digər tərəfdən, Səudiyyənin ABŞ-İran müharibəsinə birbaşa qoşulması da avtomatik deyil. Ər-Riyad öz təhlükəsizliyini qorumaqla yanaşı, İranla açıq müharibənin ölkəsinə və enerji infrastrukturuna gətirə biləcəyi ağır nəticələri də hesablamalıdır.

BƏƏ və Səudiyyənin İran müharibəsində daha əvvəl birbaşa zərbələrdə iştirak etməsi isə göstərir ki, Körfəz ölkələri artıq yalnız müdafiə mövqeyində deyil.

"Mənim fikrimcə, əsas məsələ bundan sonra ABŞ-ın regionda nə qədər hərbi yükü öz üzərinə götürəcəyidir. Tramp administrasiyası görünür ki, regional müttəfiqlərin daha çox məsuliyyət daşımasını istəyir. Bu isə Yaxın Şərqdə yeni hərbi-siyasi balansın formalaşması deməkdir.

Husilər, İran, Babül-Məndəb və Hörmüz boğazı artıq ayrı-ayrı problemlər deyil. Bunlar vahid regional təhlükəsizlik zəncirinin halqalarıdır. Bu halqalardan birində baş verən ciddi eskalasiya bütün regionu yeni müharibə mərhələsinə keçirə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 266   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş

12:19 220
.

"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev

"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd

16:47 166
.

Evlilikdə yaş fərqi: Kişiyə verilən azadlıq qadına niyə TANINMIR? - AÇIQLAMA

Cəmiyyətdə qadın və kişi münasibətlərinə yanaşma həmişə eyni olmayıb. Yaşlı kişinin gənc qadınla evlənməsi çox vaxt "normal" və hətta "kişi özünə gənc həyat yoldaşı tapıb" kimi təqdim edilir. Amma yaşlı qadının özündən kiçik kişi ilə ailə qurması daha çox müzakirə və qınaqla qarşılanır

15:38 218
.

Rusiyanın ordu komandanı Sergey Milçakov öldürüldü

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakovun Ukraynanın Donetskdə Rusiya qüvvələrinin komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində öldüyü bildirilir. xəbər verir ki, bu barədə bir sıra Rusiya və Ukrayna mediası və "Atesh" partizan hərəkatı məluma

19:45 132
.

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərini

20:47 89
.

"Şadlıq evində 28 kamera olsa da, cinayətin görüntüləri çıxarılmadı" - Toyda öldürülən İlkinin ailəsi

Ağdaş şəhərində yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1970-ci il təvəllüdl

11:51 349
.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

17:12 163
.

Şimali Koreya raket atışlarının döyüş atışlarının bir hissəsi olduğunu bildirir

Dövlət mediası KCNA-nın məlumatına görə, Şimali Koreya bazar ertəsi günü bildirib ki, şənbə günü bir neçə raket buraxması uzaq mənzilli artilleriya və raket bölmələrinin iştirak etdiyi döyüş atışlı təlimin bir hissəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, KCNA-nın verdiyi məlumata görə, "birg

12:35 180
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: Polşa sərhədinə yaxın ərazidə qatar vuruldu

Rusiya ordusunun Ukraynaya növbəti genişmiqyaslı hücumu zamanı Polşa sərhədinə yaxın ərazidə sərnişin qatarına zərbə endirilib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, hadisə Ukraynanın Yahodin stansiyası yaxınlığında, Polşa sərhədindən təxminən 2 kilometr məsafədə baş verib. Zərbə nəticəsində Kiyev-Varşav

15:57 187
.