Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində "Altynken" qızıl mədəni və "Kyrgyzaltyn" şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib.
Nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən "Altynken" mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Bildirilib ki, "Altynken" qızıl mədəni Qırğızıstanın "Kyrgyzaltyn" şirkəti ilə Çinin iri mədənçilik korporasiyası "Zijin Mining" arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur.
Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq olunan texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.
Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib.
Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər.
Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, səfər "AzerGold" QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış Memorandum çərçivəsində həyata keçirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olubAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 232
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

05.11.2026 255
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

05.11.2026 207
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

05.11.2026 323
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 280
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.