Qafqaz Alban irsi: Tarixi abidələrin mənşəyi necə müəyyənləşdirilməlidir?
"Qafqaz Albaniyasının tarixi-mədəni irsi ətrafında aparılan mübahisələrə diqqətlə yanaşmaq lazımdır. Çünki söhbət təkcə ayrı-ayrı dini abidələrdən deyil, bütövlükdə Cənubi Qafqazın qədim tarixinin hansı əsaslarla təqdim edilməsindən gedir".
Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Qafqaz Albaniyası regionun qədim dövlətçilik və mədəniyyət tarixində mühüm yer tutur. Bu irsin müxtəlif nümunələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən qədim xristian məbədləri Azərbaycanın çoxqatlı tarixi-mədəni irsinin mühüm hissəsidir.
Onun sözlərinə görə, Azərbaycanın rəsmi mövqeyində həmin irsin bir sıra nümunələrinin işğal dövründə dəyişdirilməsi və erməniləşdirilməsi ilə bağlı ciddi iddialar irəli sürülüb.
"Məsələnin mahiyyəti də məhz bundadır ki, tarixi abidənin üzərində sonradan aparılan dəyişiklik onun ilkin mənşəyini avtomatik olaraq dəyişmir. Tarix siyasi məqsədlərlə yenidən yazıla bilməz. Hər bir abidənin mənşəyi arxeoloji, memarlıq, epiqrafik və digər elmi mənbələr əsasında araşdırılmalıdır", - deyə B.Quliyev vurğulayıb.
Ekspert qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərindəki bir sıra mədəni-dini abidələrin mənşəyinin dəyişdirilməsi ilə bağlı ittihamlar uzun illərdir səsləndirilir. Onun sözlərinə görə, Azərbaycan tərəfi UNESCO qarşısında da işğal olunmuş ərazilərdə mədəni irsin dağıdılması, talan edilməsi və tarixi xarakterinin dəyişdirilməsi məsələsini dəfələrlə qaldırıb.
"Bu baxımdan hesab edirəm ki, Qafqaz Alban irsinin mənimsənilməsi cəhdlərini yalnız dini müstəvidə deyil, tarixi yaddaş və mədəni irs məsələsi kimi qiymətləndirmək lazımdır. Çünki bir xalqın tarixini, abidəsini və mədəni irsini dəyişdirməklə onun tarixi coğrafiyasını da dəyişdirmək cəhdi yaranır.
Azərbaycanın mövqeyi isə aydındır: regionun tarixi irsi siyasi konyunkturaya deyil, elmi həqiqətlərə söykənməlidir. Qafqazın mədəni irsi hansı xalqa aid olmasından asılı olmayaraq qorunmalı, lakin heç bir abidənin mənşəyi saxtalaşdırılmamalıdır.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də Qafqaz Alban irsinin elmi əsaslarla öyrənilməsi, beynəlxalq elmi və mədəni platformalarda obyektiv şəkildə təqdim olunması və tarixi faktların siyasi manipulyasiyadan qorunmasıdır", - deyə B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 747 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 332 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
05.11.2026 258 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 264 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 187 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327