"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbul edib. Bunu Qarabağ və Şərqi Zəngəzurda keçirilən nüfuzlu beynəlxalq tədbirlər, xarici ölkə rəhbərlərinin görüşləri və idman yarışları da təsdiqləyir. Qarabağ və Şərqi Zəngəzurun dünyanın diqqət mərkəzində olması, o cümlədən mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini işğaldan azad edilmiş ərazilərdə keçirimələri erməni revanşist qüvvələri ciddi narahat etməyə başlayıb. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Artıq dünya birliyi Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır. Ona görə də Ermənistan cəmiyyətinin diplomatların Qarabağa səfərlərinə reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.

Qarabağ Azərbaycanın suveren ərazisidir. Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər. Ona görə də məğlub ölkənin belə reaksiyası Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Görünən budur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkmək istəmir və bütün vasitələrlə tarixi saxtalaşdırmağa cəhd edir. Necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycanın tarixi-mədəni irsinin mövcudluğunu inkar edir! Yarandığı gündən qonşu dövlətlərin torpağına göz dikən və bu yolla ərazisni genişləndirmək istəyən ermənilər beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya, Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində heç vaxt azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır. Ermənistanın, ümumiyyətlə, Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirililməlidir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə də yaxşı məlumdur. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Hazırda Ermənistan daxilində revanşist qüvvələr sərbəst şəkildə fəaliyyət göstərir və hakimiyyət də bu qüvvələri dəstəkləyir. Ermənistan parlamenti sədrinin yolverilməz hərəkəti də bunu təsdiqləyir. Parlamentin sədri Ruben Rubinyanın son açıqlaması da açıq şəkildə Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Bir neçə gün əvvəl-sentyabrın 14- də Ermənistan parlamentində 12-13 sentyabr 2022-ci il tarixlərində sərhəddə döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi özlüyündə revanşizm əhval-ruhiyyəsinin yüksəldilməsinə xidmət edən addımdır. Xatırladım ki, həmin hərbi təxribatları da Ermənistan hərçiləri törətmişdi. Həmin vaxt Azərbaycan Ordusu bu təxribatlara cavab vermək məcburiyyətində qalmışdı. Xatırladım ki, Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ən ciddi hərbi toqquşmalardan biri 2022-ci ilin sentyabrında baş verdi. Sentyabrın 12-dən 13-nə keçən gecə başlayan və 14 sentyabradək davam edən döyüşlər Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin müharibədən sonrakı hazırlıq səviyyəsini, sərhədin mürəkkəb dağlıq sahələrində fəaliyyət imkanlarını və təhlükəyə çevik cavab vermək qabiliyyətini bir daha nümayiş etdirdi. "Qətiyyətli cavab" adı ilə tanınan əməliyyatın nəticələrinə əsasən, döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi və 8 strateji əhəmiyyətli yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

Sentyabr hadisələrinin siyasi əhəmiyyəti müharibədən sonrakı danışıqlar prosesində də nəzərə çarpırdı. Bu döyüşlərindən sonra, 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan və Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqlədilər. Görüşün yekun bəyanatında bu çərçivədə bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması, həmin prinsipin sərhəd komissiyalarının işi üçün əsas götürülməsi ifadə olundu. Təəssüf ki, Ermənistan tərəfi sülh müqaviləsi imzalanan ərəfəd yenə də təxribatlar törətməyə cəhd edir. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın yolverilməz hərəkəti də bunu təsdiqləyir.

Son vaxtlar Ermənistanda baş verən hadisələr bu ölkənin siyasi riyakarlığını bir daha təsdiqləyir. Bu da rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.

Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, əsrlər boyu Ermənistan soydaşlarımızın öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması bütün vasitələrlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Artıq dünya birliyi Azərbaycanın sülh tərfdarı, Ermənistanın isə təxribatçı olduğunu çox yaxşı bilir. Müxtəlif vasitələrlə sülh müqaviləsini imzalamaqdan yayınmağa cəhd edən məğlub ölkədə baş qaldıran revanşist qüvvələrin təxribatçı əməllərindən hakimiyyət də xəbərdardır, hələ də seyirçi mövqedədir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri də artıq bundan məlumatlıdır. Onların Qarabağ və Şərqi Zəngəzura hər səfərindən sonra Ermənistan cəmiyyətinin ciddi narahatlığı sülh müqaviləsinin imzalanmasına ciddi zərbədir.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, "Şərəf nişanı" ordenli


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.