Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür

Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdür"Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. Məktəbli formasında olan şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etməsi, qız şagirdin isə dərs zamanı sosial şəbəkədə canlı yayım açması məktəblərdə nizam-intizam və nəzarət məsələsini yenidən gündəmə gətirib".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, burada söhbət yalnız elektron siqaretdən istifadə və ya dərs zamanı sosial şəbəkədə canlı yayım açılmasından getmir. Əsas məsələ məktəbdə qayda və nəzarətin hansı səviyyədə olmasıdır. Sinif otağı dərs keçirilən məkandan sosial şəbəkə üçün çəkiliş meydançasına çevrilirsə, deməli, problem ayrı-ayrı şagirdlərin davranışından daha böyükdür:

"Bu mənzərəni Bakı məktəblərindəki ümumi idarəetmə vəziyyətindən ayrı təsəvvür etmək çətindir. Paytaxtın bir sıra məktəblərində direktor vəzifələrinin boş qalması ilə yanaşı, yüzlərlə məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini və təşkilatçı vəzifələrinin də vakant olduğu bildirilir. Halbuki məhz bu vəzifələr şagird davranışına, tərbiyə işinə, məktəbdaxili tədbirlərə və nizam-intizamın təşkilinə birbaşa təsir göstərən əsas idarəetmə həlqələrindəndir.
Məktəblərdə nəzarət boşluğu: Problem elektron siqaretdən daha böyükdürBelə olan halda məktəbdə nəzarətin zəifləməsi sual doğurur. Direktor, direktor müavini və təşkilatçı kimi vəzifələrdə boşluqlar yarandıqda məktəbin təlim-tərbiyə sistemində də idarəetmə problemi meydana çıxa bilər. Sonra isə sinif otağında elektron siqaret çəkən və dərs zamanı canlı yayım açan şagird görüntüləri ilə qarşılaşırıq.

163 nömrəli məktəbdə vəziyyət isə ayrıca diqqət çəkir. Burada direktor səlahiyyətlərini məktəbəqədər təhsil üzrə ixtisası olan, orta ixtisas təhsilli təsərrüfat müdiri icra edir. Məsələ həmin şəxsin özünə münasibətdə deyil. Əsas sual məktəb rəhbərliyinin niyə belə bir vəziyyətə gəlib çatmasıdır. Təsərrüfat işlərinə cavabdeh şəxsin üzərinə bütöv məktəbin idarə olunması kimi tamamilə fərqli xarakter daşıyan məsuliyyətin qoyulması idarəetmə baxımından müzakirə edilməli məsələdir.

Məktəbdə təlim-tərbiyə işləri öz-özünə həyata keçirilmir. Şagird davranışına nəzarət, müəllim-valideyn münasibətlərinin qurulması, məktəbdaxili intizamın qorunması və tərbiyə işinin təşkili üçün konkret məsul şəxslər olmalıdır. Bu vəzifələr vakant qalırsa, həmin funksiyaların necə və kim tərəfindən həyata keçirildiyi aydın şəkildə müəyyənləşdirilməlidir.

Əlbəttə, şagirdin davranışına görə məsuliyyət ilk növbədə onun özü və ailəsi ilə bağlıdır. Lakin məktəbin də bu məsələdə üzərinə düşən məsuliyyət var. Uşağa qayda öyrətmək üçün əvvəlcə məktəbdə həmin qaydaların işləməsi təmin olunmalıdır. İdarəetmə və nəzarət mexanizmləri effektiv fəaliyyət göstərmədikdə şagirdlərdən yüksək intizam gözləmək də çətinləşir.

Bu səbəbdən yeni tədris ilinin ilk günündə yayılan görüntülərə yalnız bir neçə şagirdin məsuliyyətsiz davranışı kimi yanaşmaq kifayət deyil. Hadisə məktəblərdə idarəetmə və kadr təminatı ilə bağlı mövcud problemlərin də müzakirəyə çıxarılmasının vacibliyini göstərir.

Məktəb uşağın yalnız dərs aldığı yer deyil. Bura onun şəxsiyyətinin formalaşdığı, davranış mədəniyyətinin yarandığı və məsuliyyət hissinin aşılandığı məkandır. Təlim-tərbiyə sisteminin əsas vəzifələri üzrə kadr çatışmazlığı və idarəetmə boşluqları varsa, belə halların qarşısının alınması üçün yalnız şagirdin cəzalandırılması deyil, məktəbin öz daxilində nəzarət mexanizmlərinin gücləndirilməsi də vacibdir.

Problem yalnız elektron siqaret çəkən və ya canlı yayım açan şagirddə deyil. Əsas məsələ məktəbdə qaydaların necə tətbiq olunması, nəzarətin kim tərəfindən həyata keçirilməsi və idarəetmə sisteminin nə dərəcədə effektiv işləməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.