Yeni operatorun gəlişi mobil rabitə qiymətlərinə necə təsir edə bilər?

Yeni operatorun gəlişi mobil rabitə qiymətlərinə necə təsir edə bilər?"Mobil telekommunikasiya bazarına yeni operatorun daxil olmasının qarşısında duran əsas maneələri bir neçə istiqamətdə ümumiləşdirmək olar".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, ilk növbədə, lisenziyalaşdırma və bazara giriş baryerləri önə çıxır. Mobil rabitə bazarı məhdud resurslar üzərində qurulan sektordur. Yeni operatorun fəaliyyətə başlaması üçün yalnız texnoloji imkanların olması kifayət etmir. Şirkət həmçinin dövlətdən radiofrekans spektrindən istifadə hüququ verən lisenziya almalıdır:

"Radiofrekanslar məhdud resursdur və mövcud operatorlar spektrin əhəmiyyətli hissəsindən istifadə edir. Bu səbəbdən yeni operator üçün uyğun tezliklərin ayrılması həm texniki, həm də iqtisadi baxımdan mürəkkəb prosesdir. Lisenziyanın əldə olunması üçün tələb olunan vəsait də bazara giriş xərclərini əhəmiyyətli dərəcədə artırır.

Digər mühüm məsələ isə infrastruktur xərcləridir. Yeni operatorun ölkə üzrə geniş şəbəkə qurması, baza stansiyaları və digər telekommunikasiya infrastrukturu yaratması böyük həcmdə investisiya tələb edir. Bu isə yüksək maliyyə riskləri ilə müşayiət olunan və özünü doğrultması uzun müddət tələb edə bilən investisiyadır.

Telekommunikasiya sektoru bir çox ölkələrdə strateji sahə kimi qiymətləndirilir. Mobil rabitə bazarının bir neçə böyük operator arasında bölündüyü ölkələrdə yeni oyunçunun meydana çıxması bazardakı mövcud balansı dəyişə bilər. Bu baxımdan tənzimləyici qurumların fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Yeni operatorun bazara daxil olması üçün lisenziyalaşdırma, tezlik resurslarının bölüşdürülməsi və rəqabət qaydaları ilə bağlı tələblərin yerinə yetirilməsi zəruridir.

Bazarda fəaliyyət göstərən iri operatorların uzun illər ərzində formalaşmış müştəri bazası, infrastrukturu və maliyyə imkanları da yeni şirkət üçün əlavə rəqabət çətinlikləri yaradır. Mövcud operatorların geniş şəbəkəyə və böyük müştəri portfelinə malik olması yeni iştirakçının bazar payı əldə etməsini çətinləşdirə bilər. Yeni operator isə həm şəbəkə qurmalı, həm müştəri cəlb etməli, həm də mövcud şirkətlərlə qiymət və xidmət baxımından rəqabət aparmalıdır.

Bazarda rəqabətin məhdud olması operatorların qiymət formalaşdırma imkanlarını artıra bilər. Rəqabət zəiflədikdə şirkətlərin qiymət siyasətində daha geniş manevr imkanları yaranır. Mobil rabitə xidmətlərinin maya dəyərinə enerji, avadanlıq, şəbəkənin saxlanılması, lisenziya və tezliklərdən istifadə haqları, əməkhaqqı və digər xərclər təsir edir. Bununla yanaşı, bazarda rəqabətin səviyyəsi də son qiymətlərin formalaşmasında mühüm amillərdən biridir.

Bazarda yeni oyunçunun meydana çıxması üçün radiofrekans resurslarının daha əlçatan və şəffaf şəkildə bölüşdürülməsi, yeni operatorlar üçün investisiya imkanlarının və stimullarının yaradılması, həmçinin rəqabət qaydalarının effektiv tətbiqi vacibdir. Bundan əlavə, bazara daxil olmaq istəyən şirkət üçün lisenziya və infrastruktur xərclərinin iqtisadi baxımdan əsaslandırıla bilən səviyyədə olması da mühüm amildir.

Nəticə etibarilə, mobil rabitə bazarına yeni operatorun daxil olması yalnız kommersiya istəyi ilə mümkün deyil. Bunun üçün uyğun radiofrekans resurslarının mövcudluğu, əlverişli lisenziyalaşdırma şərtləri, böyük həcmli investisiya imkanları və rəqabətli bazar mühitinin formalaşdırılması tələb olunur. Yeni operatorun meydana çıxması isə istehlakçılar üçün xidmət və qiymət baxımından daha geniş seçim imkanlarının yaranmasına təsir göstərə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.