İşçilərin diqqətinə: Əmək müqaviləsi hansı halda dəyişdirilə bilər?
"Əmək müqaviləsinin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, əmək müqaviləsi Məcəllədə nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, eləcə də tərəflərin razılaşdırdıqları əlavə şərtlər, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır:
"Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqaviləsinə dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu normadan göründüyü kimi, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə edilən dəyişikliklər əvvəlki qaydada müqaviləyə əlavə şəklində deyil, yenilənmiş əmək müqaviləsi formasında rəsmiləşdirilir.
Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi və ya ona edilən dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən etibarən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bundan əlavə, elektron əmək müqaviləsində dəyişikliklərin qüvvəyə minmə tarixi ilə yanaşı, sənəddə edilən dəyişikliklərin sayı barədə məlumat da qeyd olunur.
Bu baxımdan, işçinin razılığı və xəbəri olmadan əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilməsi mümkün deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİrəvandan Aİİ ilə bağlı açıqlama: "Belə bir mexanizm yoxdur"
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması üçün mexanizm yoxdur. xəbər verir ki, -ın məlumatına görə, bunu Ermənistan Milli Assambleyasının (parlament) sədri Ruben Rubinyan bildirib. "Belə bir mexanizm yoxdur. Süni maneələr yaradıla bilər, lakin bu, tərəfdaşlar tərəfindən qeyri-dos
11:25 134 Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
14:43 107 Qiymətləndirmə nə üçün vacibdir? - Əmlakın real dəyərini bilmək niyə önəmlidir
"Əmlakın qiymətləndirilməsi sadəcə bir rəqəmin müəyyən edilməsi deyil. Bu, əmlakın bazardakı real mövqeyini və iqtisadi dəyərini müəyyənləşdirən, onunla bağlı qəbul ediləcək qərarların əsaslandırılmasına imkan verən peşəkar prosesdir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
12:26 138 Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını
11:38 155 Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi
11:31 133 Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
11:57 152 David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ
"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan
11:52 182 ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
13:29 176 Sabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağ
12:50 125