Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev

Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə evBakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır.

Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyon 500 min manata qədər dəyişir:

"Bakıdakı bahalı ərazilər paytaxtın Səbail rayonu ərazisində, Zərifə Əliyeva küçəsi, Fəvvarələr meydanı və ətraf ərazilər hesab olunur. Buradakı mənzillərin qiyməti təxminən 1 milyon manatdan 1 milyon 500 min manatadək dəyişir.

İçərişəhər və ona yaxın ərazilərdə mənzillərin qiyməti təxminən 1 milyon manat civarındadır. Badamdarda isə 600 min manatdan 1 milyon manatadək təkliflər mövcuddur.

"28 May" metrostansiyasının ətrafında mənzillərin qiyməti təxminən 550-750 min manat arasında dəyişir. Xətai metrostansiyasının ətrafında, Ağ Şəhər bulvarında və ümumilikdə Ağ Şəhər ərazisində qiymətlər 500-650 min manat arasındadır.

Yusif Səfərov küçəsində mənzillərin qiyməti 500-550 min manat arasında dəyişir. Nərimanov rayonunda, Məmməd Araz küçəsində qiymətlər təxminən 500 min manat civarındadır. Atatürk prospekti və Hüseyn Cavid prospekti kimi ərazilərdə isə mənzillər 450-550 min manat arasında təklif olunur".

2025-ci ildə apardığımız hesablamalara əsasən, Səbail rayonunda bir sot torpağın orta qiyməti 431 min 743 manat olub. Nərimanov rayonunda bu göstərici 302 min 671 manat, Nəsimi rayonunda 298 min 78 manat, Xətai rayonunda 237 min 322 manat, Yasamal rayonunda isə 206 min 620 manat təşkil edib.

Ötən illə bu il arasında orta qiymət fərqi təxminən 10-15 faizdir.

Torpağın bir sotunun yüksək qiymətə satıldığı bahalı ərazilərdə kirayə mənzillərin qiyməti də müvafiq olaraq yüksək olur. İçərişəhər, Fəvvarələr meydanı, Səbail rayonu və bulvar ətrafında kirayə qiymətləri təxminən 1500 manatdan 4 min manatadək dəyişir.

Premium mənzillər də mövcuddur. Belə mənzillər əsasən xarici iş adamları və səfirlər üçün təklif olunur. Bu mənzillərdə aylıq kirayə qiyməti 5-7 min manatadək yüksələ bilər.

Xətai rayonunda və Ağ Şəhərdə kirayə qiymətləri təxminən 1500-3000 manat arasında dəyişir.

Ümumiyyətlə, torpağın bahalı olması mənzilin qiymətinə təsir göstərən yeganə amil deyil. Tikilinin xüsusiyyətləri də qiymətin formalaşmasında mühüm rol oynayır. Mənzilin premium binada yerləşməsi, standart yaşayış binasında olması və ya köhnə tikiliyə aid edilməsi qiymətlər arasında fərq yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 848   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.