31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?
Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterdə yaşayan Milli adlı 31 yaşlı tısbağa rəngli pişik planetin ən yaşlı pişiyi adına iddia edə bilər. Onun sahibi Lesli Qrinhou isə hesab edir ki, bunun sirri ev heyvanının qeyri-adi vərdişindədir.
Təsadüfi vərdiş və seçmə qidalanma
Millinin hekayəsi 1995-ci ildə başlayıb. Həmin vaxt Leslinin mərhum həyat yoldaşı Paula evə üç aylıq balaca pişik gətirib. Aradan 30 ildən çox vaxt keçməsinə baxmayaraq, pişik hələ də sahibini sevindirir. İnsan yaşı ilə müqayisədə onun yaşının təxminən 146 ilə bərabər olduğu bildirilir.
Sahibi pişiyin bu qədər uzun yaşamasını müəyyən mənada təsadüflə əlaqələndirir. Təxminən 10 il əvvəl onların yaşadığı ərazidə su xətlərində genişmiqyaslı təmir işləri aparılıb. Buna görə ailə müvəqqəti olaraq qablaşdırılmış sudan istifadə etməyə başlayıb. Pişik təmiz mineral suyu bəyənib və o vaxtdan kran suyunu içməkdən qəti şəkildə imtina edib. Milli yalnız təbii "Buxton" mineral suyuna üstünlük verir.
Uzunömürlü pişiyin qida rasionuna seçmə qızılbalıq, krevet, toyuq filesi və tuna balığı da daxildir. Sahibinin sözlərinə görə, pişiyin sağlam qalmasında daimi ləzzətli yeməklərin, divanda rahat axşamların və heyvanı artıq stressdən qoruyan sakit, ehtiyatlı xarakterinin də rolu var.
Rekord yolunda bürokratik maneələr
Hadisənin qeyri-adiliyinə baxmayaraq, Millinin rekordunu rəsmi şəkildə təsdiqləmək hələ mümkün olmayıb. Lesli sevimli pişiyini Ginnesin Rekordlar Kitabına saldırmaq istəyir, lakin onun dəqiq yaşını təsdiqləyən sənədləri yoxdur.
Bütün zəruri sənədləri və baytarlıq arayışlarını illər əvvəl onun həyat yoldaşı Paula saxlayıb. Paula isə beş il əvvəl vəfat edib. Lesli təəssüflə bildirir ki, indi onun sözlərini təsdiqləyəcək heç kim yoxdur. Buna baxmayaraq, o, tüklü "qəhrəmanı" ilə birlikdə keçirdiyi hər gündən zövq almağa davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 832 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 332 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
05.11.2026 258 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 264 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 187 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327