"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırma başladı - FETÖ ilə əlaqə
Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq zamanı serialda yer alan süjet xətti, personaj adları və avtomobil nömrələri diqqət mərkəzinə düşüb.
Serial vasitəsilə FETÖ-nün təbliğatının aparılıb-aparılmadığının müəyyən edilməsi məqsədilə xüsusi ekspert qrupu yaradılıb.
Araşdırmada xüsusilə serialdakı Kazım Kaşifoğlu adlı personaja diqqət yetirilir. Sözügedən personajın vətən xaini kimi təqdim edilərək öldürülməsi ilə MİT əməkdaşı Kaşif Kozinoğlu arasında oxşarlıq olduğu iddia edilir.
Bundan başqa, bəzi səhnələrdə istifadə edilən avtomobillərin dövlət nömrə nişanlarında "FG" hərflərinin yer alması da istintaq materiallarında diqqət çəkən detallardan biri olub. Bu məqamların FETÖ ilə əlaqəli təbliğat xarakteri daşıya biləcəyi ilə bağlı iddialar araşdırılır.
Baş Prokurorluğun qərarı ilə yaradılan ekspert heyəti serialın müvafiq bölümlərindəki ssenari xəttini, dialoqları, personajları və mümkün gizli mesajları ətraflı təhlil edəcək.
Araşdırmanın sonunda serialda hər hansı təşkilati mesaj və ya göstərişlərin verilib-verilmədiyi, həmçinin layihə ilə FETÖ arasında əlaqənin olub-olmadığı barədə rəy hazırlanacaq.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 256 "ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
05.11.2026 309 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 332 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
05.11.2026 290 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
05.11.2026 258 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 264 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 187 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 327