Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası nəticəsində azad edilən ərazilərdə bu dağıntıların miqyası beynəlxalq ictimaiyyətə daha aydın şəkildə nümayiş etdirilir. Hazırda bu ərazilərdə sürətli yenidənqurma işləri ("Böyük Qayıdış") davam etdirilsə də, keçmiş işğalın fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın beynəlxalq səviyyədə hüquqi müstəviyə daşınması prosesi gündəmdəki əsas mövzulardan biri olaraq qalmaqdadır.
Quruculuq prosesinin ən önəmli, mahiyyət etibarilə ən rəmzi məqamı böyük qayıdışın təməlinin ilk növbədə milli-mənəvi irsimizin, dini dəyərlərimizin və tarixi yaddaşımızın bərpasından başlanması oldu. Məlumdur ki, işğal altındakı ərazilərdə mövcud olmuş 67 məsciddən 65-i tamamilə dağıdılmış və ya yararsız hala salınmışdır. Şuşadakı Yuxarı Gövhər Ağa məscidi, Ağdam Cümə məscidi və Zəngilandakı məscidlər işğal illərində mal-qara saxlanılmaqla təhqirə məruz qalmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımızın öz dini və mənəvi dəyərlərinə olan sonsuz sevgisi və ehtiramı bərpa işlərinin elə ilk addımdan məscidlərdən başlamasını şərtləndirdi. İşğaldan azad olunmuş ərazilərdə birinci bərpa edilən obyektin Ağdam məscidi olması təsadüfi deyildir. Ağdam məscidi təkcə dini ibadətgah deyil, eyni zamanda xalqımızın yaddaşında, xüsusilə işğal dövründə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının dini mərasimlərinin keçirildiyi müqəddəs bir məkan kimi dərin iz buraxmışdır.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə bu məsələlərə xüsusi toxunub: "Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir".
30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndləri, tarixi, mədəni və dini abidələri sistematik şəkildə məhv edilmişdir. Ağdam kimi böyük bir şəhərdə bir dənə də olsun sağlam binanın saxlanılmaması, evlərin sökülərək daşlarının, dam örtüklərinin və hətta qəbir daşlarının satılması tayı-bərabəri olmayan bir vandalizm aktıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu barbarlığın iki əsas məqsədi var idi: birincisi, azərbaycanlıların öz tarixi torpaqlarına bir daha qayıtmaması üçün həyat izlərini tamamilə silmək, ikincisi isə soyğunçuluq yolu ilə varlanmaq: "İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar... Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri - hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları bir mərmər kimi, qranit kimi bazarlarda satırdılar".
Azərbaycan xalqı 30 il boyunca təkcə işğalla deyil, eyni zamanda beynəlxalq aləmin, xüsusən də Qərb təşkilatlarının və artıq tarixin arxivinə atılmış ATƏT-in mənfur Minsk qrupunun laqeydliyi ilə üz-üzə qalmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasız qalması, Avropa Şurası və Avropa Parlamentinin işğalçıya sanksiya tətbiq etməməsi, əksinə onu dəstəkləməsi ikili standartların bariz nümunəsidir. Prezident bu ədalətsizliyi və ikili standartları açıq şəkildə ifşa edib: "Bütün bunları dünya bilməlidir. Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi". Dövlət başçısı Qərbin bəzi təsisatlarının riyakarlığını vurğulayarkən Avropa Parlamentini kəskin tənqid edib. Xatırladıb ki, Avropa Şurasında Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti".
Bugün Azərbaycanın öz gücü hesabına suverenliyini tam bərpa etməsi, müstəqil xarici siyasət yürütməsi və heç bir kənar qüvvənin qarşısında baş əyməməsi Qərbdəki bəzi islamofob və qərəzli dairələri narahat edir. Azərbaycana qarşı aparılan qarayaxma və media kampaniyaları məhz bu müstəqil mövqeyə həzm olunmazlığın göstəricisidir. Yeri gəlmişkən, bu gün dünyada, xüsusən Qərbdə artmaqda olan islamofobiya, müqəddəs "Qurani-Kərim"ə qarşı təhqiredici hərəkətlər və İslam aləmini ləkələmək cəhdləri məqsədyönlü siyasətin tərkib hissəsidir. Azərbaycan dövləti isə öz milli identikliyini, həyat tərzini və mənəvi dəyərlərini qətiyyətlə qoruyur. Prezident İlham Əliyev islamofobiya və anti-Azərbaycan təbliğatına qarşı ən təsirli vasitənin birlik olduğunu bəyan edir: "Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir... Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil".

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.