Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkdə burun belinin çökməsi, burun ucunun aşağı düşməsi, asimmetriya və digər ikincili deformasiyalarla nəticələnə bilər.
Bu səbəbdən pediatrik septoplastikada əsas məsələ yalnız əyri burun arakəsməsinin (çəpərinin) düzəldilməsi deyil, eyni zamanda burunun böyümə zonalarının və struktur dayaq mexanizmlərinin qorunmasıdır.

Bu aktual problem 9-13 sentyabr 2026-cı il tarixlərində İstanbulda keçirilmiş Otorinolarinqologiya və Baş-Boyun Cərrahiyyəsi üzrə XXIII Ümumdünya Konqresində - IFOS Istanbul 2026-da müzakirə olunan mövzulardan biri olub.
Konqresdə Azərbaycanı təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, LOREST Qulaq-Burun-Boğaz və Estetik Burun Mərkəzinin rəhbəri Məzahir Quliyev pediatrik septoplastika və revizion rinoplastika sahəsində hazırladığı innovativ cərrahi metodikaları təqdim edib.

Dr. Məzahir Quliyev konqresin elmi proqramında iki mövzuda məruzəçi, iki beynəlxalq sessiyada sədr və bir sessiyada moderator kimi iştirak edib.

Uşaqlarda əməliyyat nə zaman zəruridir?

Mütəxəssisin sözlərinə görə, uşaqlarda rast gəlinən hər septal əyrilik cərrahi müdaxilə tələb etmir. Əməliyyat qərarı yaşa görə deyil, burun tənəffüsünün pozulma dərəcəsinə, deformasiyanın ağırlığına, uşağın inkişafına təsirinə və konservativ müalicənin nəticələrinə əsasən fərdi şəkildə verilməlidir.

"Uşaqda ağır burun tənəffüsü pozğunluğu, ciddi ön septal deviasiya və xarici burun deformasiyası mövcuddursa, yalnız yaşın tamamlanmasını gözləmək həmişə ən təhlükəsiz seçim deyildir. Digər tərəfdən, cərrahi müdaxilə zamanı burunun böyümə mərkəzlərini zədələməmək və dayaq strukturlarını qorumaq əsas prinsip olmalıdır", - deyə Dr. Məzahir Quliyev bildirib.

IFOS 2026-da təqdim olunan "Preservation Extracorporeal Aesthetic Septoplasty in Pediatric Patients" məruzəsi uşaqlarda ağır ön septal deviasiyaların (əyriliklərin) və xarici burun deformasiyalarının korreksiyasına yönəlmiş qoruyucu ekstrakorporeal estetik septoplastika metodikasına həsr olunub.

Estetik septoplastika yalnız görünüşün dəyişdirilməsi deyil, Septoplastika əməliyyatı zamanı doğru yanaşma nəticəsində xarici burunda estetik görünüşün də mümkün qədər düzəlməsidir.

Metodikada istifadə edilən "estetik septoplastika" anlayışı əməliyyatın yalnız kosmetik məqsəd daşıması demək deyil. Burada əsas məqsəd burun tənəffüsünü bərpa etməklə yanaşı, burunun normal formasını və struktur dayanıqlığını da qorumaqdır, bərpa etməkdir.

Ağır septal deformasiya zamanı burun çəpərinin əyri hissələri korreksiya edilir, funksional və struktur baxımdan dayanıqlı L-formalı çərçivə yaradılır və endonazal (qapalı) yolla yenidən yerləşdirilərək sabitləşdirilir. Bu zaman burun belinin altında yerləşən mühüm anatomik strukturların və böyümə zonalarının qorunmasına xüsusi diqqət yetirilir.

Metodikanın əsas məqsədləri:

- burunun böyümə nöqtələrinin qorunması;
- burun tənəffüsünün bərpa edilməsi;
- burun belinin əməliyyatdan sonra çökməsinin qarşısının alınması;
- burun ucunun aşağı düşmə riskinin azaldılması;
- xarici burun deformasiyasının yaranmasının və ya ağırlaşmasının önlənməsi;
- gələcəkdə mürəkkəb revizion əməliyyata ehtiyac riskinin minimuma endirilməsidir.

Metodika 6-15 yaşlı 54 pediatrik pasiyentdən ibarət klinik seriyada tətbiq olunub. Pasiyentlərin izlənmə müddəti 12-60 ay təşkil edib. Klinik müşahidələrin nəticələri və cərrahi metodikanın elmi əsasları beynəlxalq resenziyalı "Aesthetic Plastic Surgery" jurnalında dərc olunub.

Dr. Məzahir Quliyev bildirir ki, pediatrik septoplastikanın uğuru yalnız əməliyyatdan dərhal sonra açıq burun tənəffüsünün əldə edilməsi ilə qiymətləndirilməməlidir:

"Uşaq böyüdükcə burunun formasının, dayaq mexanizmlərinin və tənəffüs funksiyasının necə qorunduğu da izlənilməlidir. Pediatrik septoplastikada uzunmüddətli nəticə əməliyyatın əsas keyfiyyət göstəricilərindən biridir".

Revizion rinoplastikada struktur sabitlik.

Azərbaycanlı cərrahın IFOS 2026-da təqdim etdiyi ikinci məruzə isə mürəkkəb revizion rinoplastika və əyri burun deformasiyalarının cərrahi korreksiyasında innovativ yanaşmalara həsr olunub.

Əvvəlki həyata keçirilmiş septoplastika və ya rinoplastika əməliyyatlarından sonra burunun dayaq strukturları zəifləyə, burun çəpərinin kaudal hissəsində qeyri-sabitlik, burun ucunda aşağı düşmə, tənəffüs problemi və xarici deformasiya yarana bilər. Belə hallarda yalnız kosmetik korreksiya kifayət etmir; burunun struktur skeleti yenidən qurulmalıdır.

Dr. Məzahir Quliyev tərəfindən hazırlanmış Rhino-Graft (Gərgədan Qreft) texnikası burun çəpərinin kaudal hissəsinin ön burun tininə (spina nasalis anterior-a) sabit şəkildə fiksasiyasına və itirilmiş struktur dəstəyin bərpasına yönəlib.

Metodikanın məqsədi:

- kaudal septumun orta xətdə sabitləşdirilməsi;
- burun ucunun struktur dəstəyinin gücləndirilməsi;
- burun çəpərinin təkrar əyilmə riskinin azaldılması;
- funksional və estetik nəticənin uzunmüddətli qorunmasıdır.

Rhino-Graft texnikasına dair klinik nəticələr 2024-cü ildə beynəlxalq elmi jurnalda dərc olunub.

Patentləşdirilmiş dəqiq piezo-osteotomiya.

İkinci məruzədə təqdim edilən digər yenilik isə Dr. Məzahir Quliyev tərəfindən hazırlanmış və patentləşdirilmiş istiqamətləndirici yeni alət (Dişcikli Osteotom) vasitəsilə aparılan Precision Piezo-Osteotomy metodikası olub.

Rinoplastika zamanı burun sümüklərinin düzgün istiqamətdə və dəqiq kəsilməsi yekun nəticəyə təsir göstərən mühüm mərhələlərdən biridir. Təklif olunan istiqamətləndirici yeni , patentli alət planlaşdırılmış osteotomiya xəttinin dəqiq şəkildə, doğru yerdən icra edilməsinə və piezo cihazının daha nəzarətli doğru şəkildə arzu olunan yerdən sümüyü kəsib şəkilləndirməyə kömək edir.

Bu yanaşmanın məqsədi:

- osteotomiya xəttinin dəqiqliyini artırmaq;
- arzuolunmaz sümük sınıqlarının riskini azaltmaq;
- ətraf yumşaq toxumaları mümkün qədər qorumaq;
- əyri burunlarda sümük piramidasının daha nəzarətli korreksiyasını təmin etməkdir.

Dəqiq piezo-osteotomiya metodikasının elmi nəticələri 2025-ci ildə "Aesthetic Plastic Surgery" jurnalında dərc olunub.

Rhino-Graft texnikasının dəqiq piezo-osteotomiya ilə birlikdə tətbiqi xüsusilə əvvəlki əməliyyatlardan sonra struktur dayaqları zəifləmiş və mürəkkəb əyri burun deformasiyası olan pasiyentlərdə yəni Revizyon Rinoplastika əməliyyatları üçün nəzərdə tutulub.

Azərbaycanlı cərrahın metodikalarının beynəlxalq təqdimatı.

Dr. Məzahir Quliyevin IFOS 2026-da təqdim etdiyi hər iki elmi məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb və metodikalar ətrafında peşəkar müzakirələr aparılıb.

Azərbaycanlı mütəxəssisin iki elmi məruzə ilə çıxış etməsi, iki sessiyaya sədrlik və bir sessiyaya moderatorluq etməsi ölkəmizdə hazırlanmış cərrahi metodikaların beynəlxalq elmi auditoriyaya çatdırılması baxımından əhəmiyyətli hadisədir.

Mütəxəssis vurğulayır ki, istər uşaqlarda septoplastika, istərsə də revizion rinoplastika standart yanaşma ilə deyil, hər pasiyentin anatomik və funksional xüsusiyyətləri nəzərə alınmaqla fərdi şəkildə planlaşdırılmalıdır.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildiUşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.