Prezidentin çıxışında Qafqaz Albaniyası mesajı: Azərbaycanın tarixi və müasir kimliyi

Prezidentin çıxışında Qafqaz Albaniyası mesajı: Azərbaycanın tarixi və müasir kimliyiPrezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əvvəla qeyd etmək lazımdır ki, Azərbaycan dünyəvi dövlətdir. Yəni din dövlətdən ayrıdır. Lakin bu, dövlətin dini dəyərləri inkar etməsi və ya dini həyatdan kənarda qalması anlamına gəlmir. Əksinə, Azərbaycan müxtəlif dini konfessiyaların və məzhəblərin nümayəndələrinin birgə və dinc şəraitdə yaşadığı ölkələrdən biri kimi multikulturalizm və dini həmrəyliyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim edir:

"Prezident İlham Əliyev görüş zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan və Suriyadan olan dini liderlərin, eləcə də Şimali Qafqaz respublikalarının, xüsusilə Dağıstan və Çeçenistandan olan dini rəhbərlərin tədbirdə iştirakını birlik nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı Azərbaycanın həm Türk dünyasının bir parçası, həm də Qafqaz ölkəsi olduğunu vurğulayaraq, ölkənin tarixindən danışarkən Qafqaz Albaniyasına və onun qədim paytaxtı Qəbələyə diqqət çəkib.

Bu məqam Azərbaycanın müasir geosiyasi və mədəni mövqeyinin bir neçə istiqamətdə formalaşdığını göstərir. Azərbaycan özünü yalnız bir coğrafi və ya mədəni çərçivə ilə məhdudlaşdırmır. Ölkənin Türk dünyası ilə bağlılığı, Qafqaz coğrafiyasına mənsubiyyəti və İslam mədəniyyətinin bir parçası olması onun tarixi və müasir dövlətçilik yanaşmasında paralel şəkildə təqdim olunur. Bu baxımdan həmin istiqamətlərin Azərbaycanın üçrəngli bayrağındakı simvolika ilə əlaqələndirilməsi də mümkündür.

Müasir geosiyasi reallıqlarda ölkələrin regional əməkdaşlıq siyasətində dini, etnik, tarixi və coğrafi amillər mühüm rol oynayır. Azərbaycan isə müxtəlif platformalarda Türk dünyası, Qafqaz xalqları və İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsini ön plana çıxarır. Bu yanaşmanın əsas istiqamətlərindən biri də əməkdaşlıq və dialoqun gücləndirilməsidir.

Prezident İlham Əliyevin sözləri ilə desək: "Təbii ki, bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir".

Prezidentin çıxışında Qafqaz Albaniyasına və onun qədim paytaxtı Qəbələyə xüsusi yer ayırması da diqqət çəkir. Dövlət başçısı qədim Qafqaz Albaniyasının Azərbaycanın ərazilərində mövcud olduğunu və Qəbələ şəhərinin onun paytaxtı olduğunu vurğulayıb. Bu fikirlə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm coğrafi mərkəzlərindən biri xatırladılır.

Qəbələnin bu kontekstdə qeyd olunması yalnız qədim şəhərin tarixinin xatırladılması baxımından deyil, Azərbaycanın Qafqazdakı tarixi-mədəni mövcudluğunun vurğulanması baxımından da əhəmiyyətlidir. Qafqaz Albaniyasının tarixi bu coğrafiyada dövlətçilik, dini həyat və mədəni proseslərin öyrənilməsi baxımından mühüm mövzulardan biridir. Bu irsin araşdırılması, qorunması və beynəlxalq elmi platformalarda təqdim edilməsi Azərbaycanın tarixi-mədəni zənginliyinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Eyni zamanda, Qafqaz Albaniyasının tarixi yalnız siyasi dövlətçilik tarixindən ibarət deyil. Bu coğrafiyada müxtəlif dini ənənələrin, mədəni təsirlərin və regional əlaqələrin mövcudluğu tarixən bölgənin çoxqatlı xarakterini göstərir. Qafqaz Albaniyasının dini və mədəni irsi ilə bağlı məsələlərin də elmi mənbələr, arxeoloji materiallar və tarixi araşdırmalar əsasında öyrənilməsi vacibdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırılan əsas məqamlardan biri Azərbaycanın özünü yalnız bir kimlik çərçivəsində təqdim etməməsidir. Türk dünyası ilə bağlılıq, Qafqaz coğrafiyasına mənsubiyyət və İslam mədəniyyəti ilə əlaqələr ölkənin tarixi təcrübəsində və müasir dövlətçilik yanaşmasında bir araya gəlir.

Bu baxımdan Qəbələdən Bakıya, qədim Qafqaz Albaniyasından müasir Türk Dövlətləri Təşkilatına və dini həmrəylik platformalarına uzanan xətt Azərbaycanın tarixi və müasir mövqeyini anlamaq üçün mühüm məna daşıyır. Azərbaycanın müxtəlif coğrafi, dini və mədəni platformalar arasında dialoqu təşviq edən mövqeyi isə ölkənin regional əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri kimi diqqət çəkir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 131   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antiterror əməliyyatı və seperatizmə son qoyulması

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da, Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş ermən

11:48 146
.

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdək

12:59 152
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

15:45 214
.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını

11:38 164
.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

17:19 70
.

Uşaqlarda septoplastikanın fəsadlarına qarşı qoruyucu yanaşma - Azərbaycanlı cərrahın metodikası IFOS 2026-da təqdim edildi

Uşaqlarda burun çəpərinin ağır əyrilikləri yalnız burun tənəffüsünün pozulmasına deyil, üz-çənə skeletinin inkişafına, yuxunun keyfiyyətinə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. Lakin inkişaf etməkdə olan burunda ,yəni uşaqlarda aparılan əsassız və ya aqressiv septal cərrahiyyə gələcəkd

15:59 153
.

"Bəzən acı da olsa tarixi olduğu kimi, doğru bilmək, istənilən xoş uydurmadan yaxşıdır" - QALİB QASIMOV

Qarabağın qədim tarixi ilə bağlı müzakirələr bu gün də davam edir.Tarixi mənbələrdə bölgənin müəyyən ərazilərinin Qafqaz Albaniyasının tərkibində olduğu göstərilir. Bəs Qarabağ-Albaniya əlaqələri hansı dövrə gedib çıxır və bu ərazilərin tarixi statusu necə olub?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verə

14:29 248
.

Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadən xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

14:22 181
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

12:17 165
.