Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi

Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdiİqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ordu sisteminin yenidən qurulmasına başlanılıb.

Onun sözlərinə görə, Türkiyəli mütəxəssislər NATO proqramları çərçivəsində Gürcüstan ordusunda yeni qaydaların tətbiqinə cəlb olunublar.

Cəfərli bildirib ki, Gürcüstanda hərbi xidmətə çağırış yaşı 18-27 yaş aralığında müəyyənləşdirilib və vətəndaşlara xidməti təxirə salmaq imkanı verilib.

Onun iddiasına görə, bunun üçün rüşvət və ya ödəniş tələb olunmur və vətəndaş yazılı müraciətlə xidmətə növbəti il getmək barədə öhdəlik götürə bilər.

İqtisadçı Gürcüstanda hərbi xidmətin üç istiqamətə bölündüyünü yazıb:

1)Döyüş hazırlığı bölmələrində - 6 ay;

2)Digər nazirlik və qurumlarda, o cümlədən Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar strukturlarında - 8 ay;

3)Mütəxəssis və ya kiçik rütbəli komandir kimi - 12 ay.

Cəfərlinin yazdığına görə, hərbi qulluqçular xidmət müddətindən asılı olaraq aylıq ödəniş alırlar. 6 ay xidmət edənlər üçün bu məbləğin 530 lari, 8 ay xidmət edənlər üçün 600 lari, 12 ay xidmət edənlər üçün isə 1275-1530 lari olduğu qeyd edilir. Könüllü şəkildə hərbi xidmətə müraciət edənlərə ödənişin 30 faiz artırıldığı da bildirilib.

Fikirlərində o, hərbi xidmətin sosial və məişət şərtlərinə də toxunulub.

Cəfərli yazıb ki, əsgərlər evlərindən 50 kilometrədək məsafədə xidmət edir, həftədə beş gün hərbi hissədə olurlar və şənbə-bazar günləri evlərinə gedə bilirlər.

Onun sözlərinə görə, xidmətdənkənar vaxtlarda mobil telefon və internetdən istifadəyə də məhdudiyyət qoyulmur.

Cəfərli həmçinin hərbi qulluqçuların 10 günlük məzuniyyət hüququnun olduğunu, onların iş yerlərinin xidmət müddətində saxlanıldığını və bəzi işəgötürənlərin əlavə bonuslar verdiyini qeyd edib.

Onun paylaşımına əsasən, Gürcüstanda əsgərlər 4-8 nəfərlik "hostel" tipli yaşayış yerlərində qalır, qidalanma isə tender yolu ilə seçilən kənar şirkətlər tərəfindən təmin edilir.

Natiq Cəfərli vurğulayıb ki, Gürcüstan bu sistemə ərazilərinin bir hissəsinin işğal altında olduğu dövrdə keçib.

O, Azərbaycanda da hərbi xidmət sisteminin daha da təkmilləşdirilməsinin mümkün olduğunu bildirib. Cəfərlinin fikrincə, çağırış sistemi Gürcüstandakı modelə bənzər şəkildə qurula, əsgərlərin evlərinə yaxın xidmət etməsi və müəyyən maddi təminat alması kimi məsələlər nəzərdən keçirilə bilər.

"Bizim Qəhrəman Ordumuz artıq Türkiyə (NATO) standartlarını mənimsəyib, amma məişəti, əsgərə münasibət hələ də sovetdən qalıb", - deyə Natiq Cəfərli qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 919   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.