Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına start verildi. Qısa müddətdə Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. On minlərlə silahlı qüvvə tərksilah edildi, yüzlərlə texnika məhv edildi və ya ələ keçirildi. Ən əsası isə Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu.
Əməliyyatın ən mühüm məqamlarından biri də dövlətimizin humanist mövqeyi idi. Ali Baş Komandanın göstərişi ilə mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Sentyabrın 28-də separatçı rejimin rəhbərliyi qondarma qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Qarabağda 30 ilə yaxın davam edən separatizm birdəfəlik tarixə qovuşdu.
Artıq Qarabağda yalnız Azərbaycan dövləti var, yalnız Azərbaycan qanunları işləyir və üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və digər şəhərlərimizdə əzəmətlə dalğalanır. Bu möhtəşəm nəticə Prezident İlham Əliyevin 20 illik ardıcıl siyasətinin, diplomatik uzaqgörənliyinin və hərbi-siyasi liderliyinin məntiqi yekunudur. 2020-ci ilin Vətən müharibəsində əldə olunan Qələbə 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı ilə tamamlandı. Dövlətimizin başçısının dəmir iradəsi, xalqın birliyi və Ordumuzun gücü sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan xalqının hər bir üzvü fəxrlə deyə bilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır. Dövlətimizin təsis etdiyi Dövlət Suverenliyi Günü də məhz bu qürur dolu günlərin rəmzi olaraq hər il qeyd ediləcək.
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq üçüncü dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.
Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılıb. Artıq Xankəndi, Ağdərə, Ağdam, Kəlbəcər və Xocalı şəhərləri və bir sıra kəndlər də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.
Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, mübarizəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür. Qarabağ artıq birdəfəlik Azərbaycanın ayrılmaz hissəsidir və biz hamımız birlikdə Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daha qüdrətli gələcəyə doğru addımlayırıq.

Həbib Məmmədov - müharibə veteranı, polkovnik


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 883   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.