Rusiya və Çin İranın yanında: ABŞ-la qarşıdurmada əsas məqsəd nədir?

Rusiya və Çin İranın yanında: ABŞ-la qarşıdurmada əsas məqsəd nədir?Rusiya və Çinin İrana kəşfiyyat dəstəyi ilə bağlı yeni məlumatlar ABŞ və Tehran arasındakı qarşıdurmada Moskva və Pekinin rolunu yenidən gündəmə gətirib. CNN-in araşdırmasına görə, İranda ABŞ hərbi obyektlərinə qarşı dəqiq zərbələrdən əvvəl Rusiya kəşfiyyat peyklərinin həmin obyektlərin üzərindən keçməsi diqqət çəkib. CNN-in məlumatına görə, martın 27-də Səudiyyə Ərəbistanındakı Prince Sultan aviabazasına İran tərəfindən həyata keçirilən hücumdan iki gün əvvəl 14 Rusiya kəşfiyyat peyki bazanın üzərindən keçib. Peyklərin fərqli imkanları - yüksək dəqiqlikli görüntüləmə, radio siqnallarının aşkarlanması, infraqırmızı müşahidə və radar imkanları - ABŞ obyektləri barədə geniş məlumat toplanmasına imkan verə bilərdi.

ABŞ rəsmiləri və beynəlxalq kəşfiyyat mənbələri belə məlumatların Tehranın hədəfləri daha dəqiq müəyyənləşdirməsinə kömək etmiş ola biləcəyini bildiriblər. Lakin CNN məlumatların birbaşa Rusiyadan İrana ötürüldüyünə dair sübut əldə etmədiyini də qeyd edib. Bununla yanaşı, ABŞ hərbi obyektlərinə dair məlumatların İran tərəfindən Çin mənbələrindən əldə edilməsi ilə bağlı da məlumatlar yayılıb. Bu iddialar fonunda Moskva və Pekinin Tehranla əməkdaşlığının hansı məqsədlərə xidmət etdiyi və Rusiya ilə Çinin İranı nə üçün dəstəklədiyi sualı ortaya çıxır.
Rusiya və Çin İranın yanında: ABŞ-la qarşıdurmada əsas məqsəd nədir?Mövzu ilə bağlı Azerbaijan Jewish Media (AJM) mərkəzinin İsrail bürosunun rəhbəri, politoloq və beynəlxalq məsələlər üzrə ekspert İqor Roytapel BiG.AZ-a açıqlamasında bildirdi ki, hər şey sadə bir praqmatik qaydaya söykənir: ümumi rəqib hər zaman tərəfləri yaxınlaşdırır. Neft Moskva, neft də Pekin Tehranın ideologiyasına rəğbət bəsləmir. Bu, İranın Amerikaya qarşı effektiv çəki daşı rolu oynadığı xalis geopolitik hesablalamadır.

Onların eyni komandada çıxış etməsinin əsas səbəbləri aşağıdakılardır:

1. ABŞ qüvvələrini yayındırmaq və diqqəti başqa yönə çəkmək

Yaxın Şərqdə atılan hər bir raket və zərbə altına düşən hər bir Amerika bazası Vaşinqton üçün əlavə başağrısına çevrilir.

Rusiya üçün: ABŞ Yaxın Şərqə nə qədər çox diqqət və maliyyə resursu ayırarsa, Ukraynanı dəstəkləmək üçün bir o qədər az imkanı qalar. Bu, diqqət mərkəzinin birbaşa dəyişdirilməsidir.

Çin üçün: Amerika aviadaşıyıcıları və HHM sistemləri Fars körfəzində növbə çəkdiyi müddətdə Vaşinqtonun Tayvana və Hind-Sakit okean regionuna nəzarət etmək üçün daha az qüvvəsi qalır.

2. Barter: kəşfiyyat məlumatları texnologiya əvəzində

Moskva ilə Tehran arasında sərt və praqmatik mübadilə həyata keçirilir. İran Rusiyaya pilotsuz uçuş aparatları və hərbi texnologiyalar tədarük edir. Cavab olaraq Rusiya özünün güclü olduğu tərəfləri bölüşür: öz peyklərindən əldə olunan yüksək dəqiqlikli kosmik kəşfiyyat məlumatları və ağır silahlar. Bu, Qərbin sərt təzyiqləri altında olan iki oyunçunun ittifaqıdır.

3. Neft və Çindən gələn diplomatik çətir

Pekin daha incə hərəkət edir. Çin ABŞ sanksiyalarından yan keçərək İran neftinin əsas alıcısına çevrilib. İran ÇXR üçün zəmanətli neft mənbəyinə, Çin isə İran üçün maliyyə xilas yoluna çevrilib. Bununla yanaşı, Pekin ABŞ ilə açıq münaqişəyə girmədən BMT və BRICS çərçivəsində siyasi müstəvidə Tehrana arxa durur.

Rusiya və Çin İrandan Yaxın Şərqdə ABŞ hökmranlığına qarşı əsas zərbə qüvvəsi kimi istifadə edir. Öz peyklərini cəlb etmək və ya kəşfiyyat məlumatlarını ötürmək Amerika ilə birbaşa müharibəyə girmədən onun mövqələrinə özgə əllərlə zərbə vurmağın ən əlverişli yoludur.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 855   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

05.11.2026 256
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

05.11.2026 290
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

05.11.2026 258
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Ayı ana və qızını parçaladı

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı

05.11.2026 264
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 187
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.