Müəllimlərin 90%-dən çoxu sertifikatlaşdırmadan keçib: Təhsilin keyfiyyəti artıbmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Müəllimlərin 90%-dən çoxu sertifikatlaşdırmadan keçib: Təhsilin keyfiyyəti artıbmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMüəllimlərin peşəkarlığı və təhsilin keyfiyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətinin artırıldığını bildirib. Nazir qeyd edib ki, hazırda müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib, pedaqoqların yalnız üçdə biri isə müsabiqə yolu ilə təhsil sisteminə cəlb olunub. Nazirin sözlərinə görə, sertifikatlaşdırma, diaqnostika və müəllimlərin işə qəbulu mexanizmləri vasitəsilə müəllim keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılıb.

Bununla belə, sertifikatlaşdırmanın təhsilin nəticələrinə real təsirinin daha sonrakı illərdə tam şəkildə görünəcəyi də vurğulanıb. Bəs son illərdə həyata keçirilən bu tədbirlər həqiqətən də Azərbaycan məktəblərində müəllimlərin keyfiyyətinin yüksəlməsinə səbəb olubmu? Sertifikatlaşdırmadan keçən müəllimlərin sayının 90 faizdən çox olması tədrisin keyfiyyətinin artdığını göstərirmi?
Müəllimlərin 90%-dən çoxu sertifikatlaşdırmadan keçib: Təhsilin keyfiyyəti artıbmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, təhsil naziri Emin Əmrullayev son 10 ildə müəllimlərin keyfiyyətinin artırıldığını bildirir. O, müəllimlərin 90 faizdən çoxunun sertifikatlaşdırmadan keçdiyini, hazırda sistemdə çalışan müəllimlərin isə yalnız təxminən üçdə birinin müsabiqə yolu ilə işə qəbul olunduğunu qeyd edir. Onun sözlərinə görə, bu rəqəmlər təhsil sistemində son illərdə ciddi dəyişikliklərin aparıldığını göstərir: "Ancaq həmin rəqəmlərdən birbaşa "müəllimlərin keyfiyyəti artıb" nəticəsi çıxarmaq üçün hələ bir sual cavabsız qalır: bunun nəticəsi şagirdin biliyində nə qədər görünür? Əslində, müəllimin keyfiyyəti yalnız sertifikatla ölçülə bilməz. Sertifikatlaşdırma müəllimin müəyyən bilik və bacarıqlara sahib olduğunu yoxlaya bilər, amma onun sinifdə necə dərs keçdiyini, mövzunu uşağa nə dərəcədə aydın çatdırdığını, zəif şagirdlə necə işlədiyini və şagirdin düşünmə qabiliyyətini necə inkişaf etdirdiyini tam ölçmür. Müəllim testdə yüksək nəticə göstərə bilər, amma bu nəticə avtomatik olaraq onun yaxşı pedaqoq olduğunu təsdiqləmir.

Digər tərəfdən, son illərdə müəllimlərin işə qəbulu sistemində dəyişikliklərin olduğunu da danmaq olmaz. Müsabiqə yolu ilə seçim, sertifikatlaşdırma və əməkhaqqının nəticələrdən müəyyən qədər asılı vəziyyətə gətirilməsi müəllim peşəsinə yeni tələblər formalaşdırıb. Bu mexanizmlərin müəllim korpusuna müsbət təsir göstərməsi mümkündür və bunu nəzərə almamaq da düzgün olmaz.

Amma burada nazirin açıqlamasındakı ən maraqlı rəqəm bəlkə də 90 faiz deyil, üçdə birdir. Əgər müəllimlərin yalnız üçdə biri müsabiqə yolu ilə sistemə daxil olubsa, deməli, məktəblərdə çalışan müəllimlərin böyük hissəsi əvvəlki qəbul mexanizmləri ilə sistemə gəlib. Sonradan onların sertifikatlaşdırmadan keçməsi isə başqa məsələdir. Buna görə də "90 faiz sertifikatlaşıb" göstəricisini "90 faiz keyfiyyətli müəllim var" kimi təqdim etmək elmi və məntiqi baxımdan doğru olmaz.

Əsl ölçü isə məktəbin özündədir. Şagird dərsi başa düşürmü? Oxuduğunu anlayırmı? Riyazi məsələni əzbər qayda ilə yox, məntiqlə həll edə bilirmi? Sual verməyi, araşdırmağı və müstəqil düşünməyi bacarırmı? Müəllimin fəaliyyətinin nəticəsi bütün bunlarda görünür.

Ona görə mənim konkret cavabım belədir: son 10 ildə müəllimlərin seçilməsi və qiymətləndirilməsi mexanizmi əvvəlkindən daha ciddi və sistemli olub və bunun müəllim keyfiyyətinə müsbət təsir etdiyini söyləmək üçün əsas var. Lakin "müəllimlərin keyfiyyəti artıb" fikrini yalnız sertifikatlaşdırmadan keçənlərin faizinə əsaslandırmaq olmaz. Bunun əsas sübutu şagird nəticələrinin davamlı şəkildə yaxşılaşması olmalıdır.

Başqa sözlə, müəllim sertifikatlaşdırmadan keçibsə, bu, onun müəyyən standartı ödədiyini göstərir. Amma müəllimin həqiqi keyfiyyətinin son imtahanı sertifikat deyil, şagirddir. Şagirdin biliyi və bacarığı yüksəlirsə, deməli, müəllim də öz işini daha yaxşı görür. Bu nəticə yoxdursa, 90 faizlik göstərici nə qədər böyük səslənsə də, müəllim keyfiyyətinin real artımını tam sübut etmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 782   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.