Roblox təhlükəsi Azərbaycanda da gündəmdə: Valideynlər övladlarını necə qoruya bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Roblox təhlükəsi Azərbaycanda da gündəmdə: Valideynlər övladlarını necə qoruya bilər? - PSİXOLOQDAN AÇIQLAMAUşaqların böyük maraq göstərdiyi "Roblox" platforması ilə bağlı təhlükəsizlik narahatlıqları Azərbaycanda da gündəmə gəlib. Bakıda yeniyetmənin intiharı ilə bağlı aparılan araşdırmada onun "Roblox" platformasında qarşılaşdığı məzmunun mümkün təsiri də araşdırılır. Hadisə bir daha uşaqların internetdə hansı oyunları oynadığı, kimlərlə ünsiyyət qurduğu və hansı məzmunla qarşılaşdığı məsələsini gündəmə gətirib. Bəs valideynlər övladlarını internetdəki bu cür təhlükələrdən necə qoruya bilərlər? Uşağın telefonuna nəzarət etmək kifayətdirmi, yoxsa valideyn ilk növbədə onunla açıq ünsiyyət qurmalıdır?

Mütəxəssislər valideynlərə hansı addımları tövsiyə edir? Bu mövzu Azərbaycanda artıq rəsmi qurumların da diqqətindədir. Ombudsman 2026-cı ilin yanvarında uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.
Roblox təhlükəsi Azərbaycanda da gündəmdə: Valideynlər övladlarını necə qoruya bilər? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, burada məsələ "Roblox uşağı intihara sövq etdi" kimi sadə bir səbəb-nəticə qurmaq deyil. Roblox oyununu araşdırdım, bu oyun özü müxtəlif istifadəçilərin yaratdığı çoxsaylı oyun və sosial məzmunlardan ibarət bir platformadır. Yəni burada konkret olaraq oyunun içindəki hansı oyun, hansı məzmun və hansı "çağırış" olduğu hələ açıqlanmayıb. Onun sözlərinə görə, ehtimal ola bilər ki, burada psixoloji mexanizm, oyunun içindəki hər hansısa məzmun, yaxud virtual söhbət, təkrarlanan xarakter daşıyıb: "Roblox-un bəzi chat mühitlərində özünə zərərvermə, zorakılıq, təhqir, seksual istismar və digər təhlükəli məzmunlarla bağlı mesajların moderasiyadan yayınması halları da araşdırılıb. Baş Prokurorluq Roblox-da qarşılaşılan zərərli məzmun və çağırışların hadisəyə təsir etdiyini bildirir, bu platformada riskli məzmunun mövcud ola bildiyini göstərir, amma həmin araşdırma yeniyetmənin intihar hadisəsinin konkret səbəbini sübut etmir. Burada psixoloji baxımdan ən vacib məsələ "oyun uşağı intihara məcbur etdi" demək bir qədər düzgün deyil.

Burada anlamaq vacibdir ki, ümumiyyətlə istənilən sosial oyun həssas yeniyetməyə necə təsir edir. Xatırlatma edim ki, 2004- cü ildə " Kurtlar vadisi" serialının 45- ci bölümündə Süleyman Çakır öldürüldüyündə Türkiyədə həqiqətən də çox böyük ictimai reaksiya yaranmışdı.İnsanlar simvolik olaraq onun ölümünü real bir şəxsin ölümü kimi qəbul edərək yas saxlamışdılar.

Bu gün virtual dünyalarda sadəcə oyunlar deyil, bütöv obrazlar və alternativ reallıqlar yaradılır. İnsan həmin obrazın içinə daxil olur, onun gözü ilə görür, onun qərarlarını verir və orada baş verən hadisələri emosional olaraq yaşayır. Mən bunu şəxsi təcrübəmdən deyə bilərəm. Xüsusilə yeniyetməlik kimi şəxsiyyətin və emosional sistemin hələ formalaşdığı həssas bir mərhələdə bu təcrübələrin təsiri daha mürəkkəb ola bilir. Məsələ oyunun insanı birbaşa intihara sövq etməsi deyil. Əsas məsələ insanın yaşadığı emosiyaların virtual mühitdə necə formalaşması, təkrarlanması və zamanla onun daxili dünyasında necə mənalandırılmasıdır.

Obraz virtual ola bilər, amma beyin üçün hisslər oyuna bağlanma, qorxu, tənhalıq, rədd edilmə, qələbə və itki kimi hissləri real yaşadır. İntihardan öncə insanın davranışında müəyyən dəyişikliklər baş verir. Lakin ailə bu əlamətləri həmişə tanımaya və ya onların ciddi risk olduğunu anlaya bilməyə bilər. Yeniyetmədə diqqət edilməli dəyişikliklər:

Ailədən və dostlardan uzaqlaşma.

Əvvəl sevdiyi şeylərə marağın itməsi.

Yuxu və iştah dəyişiklikləri.

Kəskin əhval dəyişiklikləri.

Əsəbilik və ya aqressiya.

Ümidsizlik, boşluq, "çıxış yolu yoxdur" kimi hiss.

Təhlükəli və impulsiv davranışların artması.

Ölüm və ya özünə zərər haqqında danışmaq.

Əşyalarını paylamaq və ya vidalaşmağa bənzər davranışlar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1158   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.