İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə

İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik, iqtisadi inkişaf, enerji siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik strategiyasının bir-biri ilə əlaqəli şəkildə formalaşdığı uzunmüddətli mərhələdir.

2003-cü ildən etibarən qarşıya qoyulan əsas məqsədlərdən biri güclü iqtisadi baza yaratmaq, Azərbaycanın enerji resurslarını milli inkişafın əsas alətlərindən birinə çevirmək və ölkənin beynəlxalq mövqelərini möhkəmləndirmək idi. Sonrakı illərdə Azərbaycanın enerji və nəqliyyat layihələri regionun geoiqtisadi xəritəsinə təsir göstərdi".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyəEkspert qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövrünün əsas siyasi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Onun sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın uzun müddət işğal altında qalan ərazilərinin böyük hissəsi azad edilib. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində suverenliyin bərpa olunduğu elan edilib.

"Qələbəmiz Azərbaycan dövlətçiliyi baxımından yeni mərhələ yaratdı. Artıq əsas məsələ yalnız azad edilmiş ərazilərin bərpası deyil, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi, sosial və nəqliyyat sisteminə reinteqrasiyasıdır.

Eyni zamanda, Azərbaycanın xarici siyasətində müstəqil qərarvermə xətti, regional nəqliyyat və enerji layihələrində fəal iştirak, türk dünyası və digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsi son iki onilliyin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

İqtisadi sahədə isə qarşıdakı mərhələnin əsas çağırışı neft-qaz gəlirlərindən əldə olunan imkanların qeyri-neft sektorunun inkişafına, sənayeləşməyə, texnologiyalara və insan kapitalına daha çox yönəldilməsidir. Prezident İlham Əliyev də son illərdə iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlər kimi vurğulayır.

Beləliklə, 2003-cü ildən 2026-cı ilə qədər olan dövrü üç əsas mərhələdə xarakterizə etmək olar: dövlətin iqtisadi və siyasi dayaqlarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası və post-Zəfər dövrünün quruculuq mərhələsi.

Bu baxımdan İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas siyasi xəttini bir cümlə ilə ifadə etsək, belə deyərdim: Güclü dövlət quruculuğundan güclü və bütöv Azərbaycan mərhələsinə keçdik", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.